“Hətta xırda nöqsana görə, general olsa belə, cəzalandırılacaq”
Mediatv.az-ın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.
KİM OLURSA-OLSUN...
"Əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi" - deyə o qeyd edib.
Nazir bildirib ki, burada əsgərin psixoloji durumunu cəbhə bölgəsindəkilərlə müqayisə etmək doğru deyil: "Buna görə bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.