Cəmiyyət (7-12-2015, 17:49)
Hökumət rəsmiləri “Günəşli” yatağına gediblər
SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev bu gün “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza ilə əlaqədar hadisə yerində olublar.
Mediatv.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, əraziyə baxış keçirən hökumət rəsmiləri baş verən yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.
Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılan qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.