Cəmiyyət (15-12-2015, 22:34)
Qurban Nəzirovun himayə etdiyi zavod direktoru hədəfdə
Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki zavoda yoxlamalar başlayıb, külli miqdarda yeyinti faktları var
Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr təyin olunandan sonra qurumda bütün sahələr üzrə ciddi yoxlamalara start verib.
Əldə ediləni məlumata görə, yeni sədr öncəki dövrlərdə həyata keçirilən maxinasiyaların üstünün açılması və bütün yeyinti faktlarının aşkarlanaraq ortaya çıxarılmasına göstəriş verib. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, bu yoxlamalar hazırda dəmir yolunda yüksək post tutan şəxsləri narahat etməyə başlayıb.
Məlumatlı şəxs onu da nəzərə çatdırıb ki, C.Qurbanovun tapşırığına əsasən öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin nəznində olan istehsal müəssisələri, zavodlarda yoxlamalara strat verilib: «Hazırda Qızılca qızmadağ zavodunda yoxlamalar başlanılıb. İlkin nəticələrə görə, kifayət qədər nöqsanlar, maxinasiya və külli miqdarda mənimsə faktları üzə çıxıb. İlkin nəticələr belə olduğuna görə Cavid Qurbanov daha detallı araşdırma aparılmasını tapşırıb. Ona görə də bu saat zavodun direktorun Arif Məmmədovun vəziyyəti çox pisdir. Çünki zavod rəhbəri bilir ki, Arif Əsgərovun dövründə ona verilən müstəsna səlahiyyətlər çərçivəsində milyonlarla manat həcmində yeyintiyə yol verilib və artıq bütün bunların üstü açılmaqdadır. Amma bir məsələ də var ki, hazırda da Arif Məmmədovun himayəçisi var».
Müsahib deyir ki, zavod direktoru bütün maxinasiyaları həyata keçirərəkən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirova arxayın olub: «Qızılca qızmadağ zavodunun direktorun Arif Məmmədovun Qurban Nəzirovun adamı olduğu heç kimə sirr deyil. Arif Əsgərovun dövründə də bu adam Nəzirova arxalanaraq, istədiyini edirdi. Keçmiş QSC sədri də Qurban Nəzirova hər zaman «yaşıl işıq» yandırdığı üçün onun kadrı da istədiyinin həyata keçirə bilirdi. İndi də yoxlamaraın dayandırılmasına cəhd etsə də, buna nail ola bimir ».
Bizi bilgiləndirən şəxs onu da vurğulayıb ki, Arif Məmmədov bu günə kimi həyata keçirdiyi «əməliyyatlar» nəticəsində böyük sərvətə sahib olub. Belə ki, ornun Gəncədə, Bakının müxtəlif ərazilərində qiyməti milyonlarla manat dəyərində obyektlərinin olduğu bildirilir. Yəqin ki,bu yoxlamalardan sonra onun bu qədər sərvəti hansı yolla əldə etməsi də araşdırılacaq.\Unikal\