Cəmiyyət (16-12-2015, 15:36)
Qədim və müasirləşən Lənkəran
Azərbaycanın hər bir bölgəsi kimi,hörmətli Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkaran şəhəridə də regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur.
Lənkəran şəhəri üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.
Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Taleh Qaraşov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Taleh Qaraşov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.
Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Taleh Qaraşov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir.
Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.
Rayonun təhsil, mədəniyyət, səhiyyə sahələrində xeyli işlər görülmüş, müəssisələrin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur.
Taleh müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir. Taleh müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir lənkaranlı zərər çəkməyib, çətinliyə düşməyib.Çünki o hər bir vətəndaşın probleminə diqqətlə yanaşıb,hər bir vətəndaşın problemini öz problemi hesab edib.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Təcrübəli Maliyyə mütəxəssisi İqbal Rəcəbovun rəhbərlik etdiyi Lənkəran şəhər Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.
Şəhər icra nümayəndəliyi vətandaşların probleminə diqqətlə yanaşır
Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər ərazi inzibati vahidi üzrə nümayəndəliyi Nail Əbilovun rəhbərliyi altında öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.
2015 -ci ilin ötən ayları ərzində nümayəndəlik tərəfindən, ilk növbədə ev təsərrüfatlarının uçotu aparılan işlər nəticəsində ərazidə olan ev təsərrüfatlarının dəqiq sayı, yaşayış binaları və fərdi evlərin texniki vəziyyəti, burada yaşayanlar barədə ətraflı məlumatlar toplanmışdır. Bundan əlavə, şəhər ərazisindəki idarə, müəssisə və təşkilatlarla tanışlıq işləri aparılmış, müxtəlif tədbirlər keçirilmişdir.Şəhər sakinlərinin problemi dinlənilmiş onun həlli istiqamətində bütün addımlar atılmışdır. Arxada qalan «2009-2015-ci ilin ötən ayları ərzində sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə, o cümlədən Lənkəran şəhəri üzrə müəyyən olunmuş tədbirlər uğurla reallaşdırılmış, bu məqsədlə ayrılan vəsaitdən təyinatı üzrə və səmərəli istifadə olunmuşdur.
Dövlətin mədəniyyət sahəsindəki siyasəti uğurla həyata keçirilir
Vüsal Nəsirlinin rəhbərlik etdiyi rayonun mədəniyyət və turizim şöbəsində də müəyyən işlər görülmüşdür. Hazırda rayonda 1 teatr, 4 muzey, 71 kənd kitabxanası və 76 klub fəaliyyət göstərir. Bu müəssisələr dövlətin mədəniyyət sahəsindəki siyasətinin həyata keçirilməsinə səy göstərirlər. Mədəniyyət obyektlərində təmir işləri aparılıb. Lənkəran şəhərində tikinti sahəsi 8300 kvm olan Q.Vəliyev adına mədəniyyət mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Binanın dam örtüyü yenidən qurulmuş fasadı ağ lay və qranit daşlarla üzlənmiş, qapı və pəncərələr dəyişdirilmiş, xarici fasada vitraj pəncərələr qoyulmuş, otaqların tavanı və divarları təzələnmiş döşəməyə keramoqranit və laminat vurulmuş, pilləkənlərə mərmər və qranit pillələr düzülmüş, 550 yerlik səhnə yenidən qurulmuş, işıq sistemi və digər avadanlıqlar təzələnmişdir. Otaqlar yeni mebellərlə təmin edilmiş, elektron kitabxana yaradılmışdır. Bundan əlavə binanın su kanalizasiya xətləri, işıq, havalandırma və istilik sistemi yenilənmiş, mərkəzin həyətində gediş gəliş yolları qranit piltələrlə üzlənmiş, müasir fantan tikilmiş, ərazidə park salınmış, həyəti asfaltlaşdırılmışdır.
Şəhərin qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyində (Xan evi) əsaslı təmir bərpa işləri başa çatmaqdadır. Abidənin özülündə aparılan bərkitmə işləri başa çatdırılmış, hazırda binanın fasad və daxilində işlər aparılır,həyətyanı sahəsində yaşıllıqlar salınır. Bu möhtəşəm abidə ilk dəfə olaraq təmir bərpa olunur.
Həqiqət Rzayeva adına 2 saylı Müsiqi Məktəbində təmir işləri aparılmışdır. Mərkəzi kitabxana binasının fasadının təmirinə başlanmışdır.
Aztəminatlı təbəqələrin qayğıları gündəlik nəzarətdə saxlanılır
2015-ci ilin ötən ayları ərzində əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində təcrübəli mütəxəssis Maarif Bayramovun rəhbərlik etdiyi Lənkəran şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzartdə saxlanılan məsələlərdən olmuşdur.
Keçən aylar ərzində sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsilə ödənişi təmin edilmişdir. Mərkəzin rəhbərliyi əhali arasında, inzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina sənədlərinin vətəndaşlara tam izah edilməsini təşkil etmişdir.
: Rabitə xidmətinin keyfiyyəti davamlı yaxşılaşır
Lənkəran şəhərində rabitənin yaranması XX əsrin 30-cu illərinə təsadüf edir. İlk rabitə “YB” tipli, sonradan isə “MB” tipli kommutasiya qurğusundan, ”MORZE” kodu ilə işləyən teleqraf aparatından və məftilli radio verilişindən başlamişdir.
1968-ci ildə Lənkəran şəhərində tutumu 3000 nömrə olan “Dekada-Addım” tipli ilk ATS istismara verilib.1972-1992 –ci illərdə rayonun qəsəbə və kəndlərində 26 ədəd ATSK-100/2000 tipli stansiyalar istismara verilmiş və NAT qurğusu ilə təmin edilmişdir. 1987-ci ilədək bu ATS-lərin rayon mərkəzi ilə birləşdirici xətti yeraltı “KSPP” kabeli ilə verilmişdi.
2000-ci ildən Lənkəran şəhərində elektron rabitəsinin başlanğıcı qoyulmuşdur. Belə ki, 2000-ci ildə tutumu 4200 olan “Dekada-Addım” tipli stansiya 5024 nömrə tutmlu S-12 tipli EATS-ə rekonstruksiya olunmuş və bu stansiya TAE fiber optik magistral kabel xətti üzərindən Bakı_TOLL stansiyasına qoşulmuşdur. 2001-ci ildə Liman qəsəbəsində ATSK-100/2000 tipli stansiya 1504 nömrə tutumlu S-12 tipli EATS-ə rekonstruksiya olunub.
2005-ci ildə şəhərdə 8000 nömrə tutumlu şəhər tipli ATAKU stansiya 8320 nömrə tutumlu C&C8(HUAWEI) tipli EATS-ə rekonstruksiya olunub.
2006-cı ildə Qumbaşı kəndində EATS-in binası tikilmiş və 256 nömrə tutumlu DS-200 tipli EATS istismara verilib.Qumbaşı rayonun mərkəzi EATS-i rasında TAE FO üzərindən N7 siqnallaşması ilə1X2Mbit/s-lik port istismara verilib .
Rayonda internet xidmətini günün tələbləri səviyyəsində təşkil etmək məqsədilə 2003-cü ildə birbaşa Bakinternet provayderi ilə Lənkəran S-12 TOLL stansiyası arasında 1 port istismara verilmişdir. 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni texnologiyaların imkanlarından istifadə etməklə vətəndaşların yüksək keyfiyyətli internetdən istifadə etməsi üçün yeni “Aztelekom.NET” provayderinin ucuz, yüksək sürətli və keyfiyyətli xidməti istismara verilmişdir.
2005-ci ildə “Aztelekom.net” internet provayderinin TKQ-dəki rutor qurğusunda ADSL İP DSLAM avadanlığı quraşdırmaqla abunəçilərə geniş zolaqlı rabitə xidmətindən istifadə etmək imkanı yaradıldı. Yeni texnologiyaların tətbiqi sayəsində İnternet abunəçilərinə “178” prefiksindən istifadə etməklə internetə parolsuz qoşulma imkanı verildi.
Hal-hazırda Lənkəran rayonunda şəhər üzrə 13324, qəsəbələr üzrə 4704, kənd üzrə 9816, ümumilikdə 27544 abunəçi nömrəsi mövcuddur.
Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsil alanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir. Lənkəran şəhər məktəblərində təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmuşdur. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir. Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin, eləcə də Gənclər və Idman Idarəsinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir. Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Şagirdlərin hərbi - vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.
Ümidvarıq ki,təcrübəli pedaqoq Şahanə Əhmədovanın rəhbərlik etdiyi Lənkəran şəhər Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc lənkəranlılar nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır
Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır
Ağababa Kəlbiyevin rəhbərlik etdiyi Lənkəran şəhər Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2015-ci ilin ötən ayları ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.
Gigiyena Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yolxucu xəstəliklərə qarşı mütəmadi olaraq proflaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış , əhali arasında tibbi müayinələr keçirilmiş , qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş, tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, hər həftənin müəyyən günləri bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, ağacəkmə kompaniyası davam etdirilmiş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür. Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir. İmtiyazlı xəstələrə, onkoloji xəstələrə, nevroloji xəstələrə, ürək-qan dövranı sistemi xəstələrinə, tənəffüs sistemi xəstələrinə və s. imkan daxilində büdcədən ayrılmış vəsait hesabına tibbi yardım göstərilmişdir.
Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.
Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Lənkəran şəhərində əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir. Bu məqsədilə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları ilə həm keçən il, həm də bu il tərkibi müəyyənləşdirilmiş komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyəti Başçısının nəzarəti və komissiya üzvlərinin fəallığı nəticəsində tibbi müayinədən keçən vətəndaşlardan bir qismi stasionar müalicəyə, bir çoxu ambulator müalicəyə cəlb olunmuş, bir qismi də müayinə və müalicə üçün Bakı şəhərlərində yerləşən tibb müəsisələrinə göndərilmişdir. Tibbi müayinəni yüksək səviyyədə təşkilində fərqlənən tibb işçiləri Lənkəran şəhər İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Taleh Qaraşovun rəhbərlik etdiyi Lənkəran şəhərində də uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Lənkəran şəhərinin sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
Taleh Qaraşov RİH-nin iclas və yığıncaqlarında idarə, müəssisə və təşkilatların fəaliyyətində aşkar olunan nöqsanlar barədə söylədiyi tənqidi fikirləri hesabatlarda dərc etdirməyi vacib sayır. Çünki o, özünütənqidi tərəqqiyə xidmət edən vasitə hesab edir. Di gəl, çox təssüflər olsun ki, Lənkaranda gedən inkişaf meyllərini gözü götürməyən, Taleh Qaraşovun uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı bəzi media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.