Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-11-2015, 13:37)
Erkən nikah faktlarına görə Bakı kəndləri cənub bölgəsini ötüb

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Mediatv.az-ın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bu günə qədər qadın zorakılığı ilə bağlı silsilə tədbirlər keçirib, regionlarda maarifləndirmə kampaniyaları aparılıb: "Bu tədbirlərin ən başlıcası maarifləndirmə tədbirləridir. Bu gün komitənin təsis etdiyi 11 mərkəz bölgələrdə maarifləndirmə sahəsində fəaliyyət göstərir. Bu mərkəzlər qadınların problemlərinin həllində yaxından iştirak edir".

S. Qəhrəmanova zorakılığa məruz qalan qadınların bunu gizlətməyə çalışdığını qeyd edib: "Bəzən qadınlar uşaqlarına görə dözürlər. Amma anlamırlar ki, zorakı mühitdə böyüyən uşaq hansı psixoloji gərginliyə məruz qalır. Təəssüflər olsun ki, bu gün erkən nikah faktlarına görə Bakı kəndləri cənub bölgələrini geridə qoyub. Burada qızların təhsil məsələsində problem var. Qızları erkən nikaha məcbur edən valideynləridir. Ona görə də komitəmiz əsasən, Bakı kəndlərində maarifləndirmə tədbirləri keçirib".

Komitənin Regional Mərkəzlərlə İş Şöbəsinin müdir Ceyran Rəhmətullayeva isə çıxışında regionlarda qadınların maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024