Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-11-2015, 11:45)
“Şamaxinka”da parklanma yeri ləğv edildi

Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə yerləşən avtomobil tunelinin üzərindəki parklanma yeri ləğv edilib.

 

Mediatv.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, parklanma ərazisinin ləğv edilməsi istiqamətində işlər baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün “Azəryolservis” ASC və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə həyata keçirilib.

Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələrinin əksəriyyəti çıxarılıb. Tunelin üzərində qalmış 4 nəqliyyat vasitəsinin sahibləri də tapılandan sonra əraziyə giriş “Azəryolservis” ASC tərəfindən tamamilə bağlanacaq. Bunun üçün köhnə səki daşlarının yerinə daha hündür yeni səki daşlarının düzülməsi işi aparılacaq.

Hələlik parkinqə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı müvəqqəti olaraq beton maneələrlə alınıb.

Bu cür addımların parkinq üçün hesablanaraq inşa edilməyən bütün avtomobil tunellərinin üzərində aparılması nəzərdə tutulub. Lakin qanunsuz parklanma yerləri təkcə avtomobil tunellərinin üzəridə deyil, həmçinin yol ötürücülərinin (avtomobil körpüləri) alt hissəsində də mövcuddur. Bu cür parklanma yerləri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastrukturuna təhlükə yaradır. Buna görə d, həmin ərazilərdə də duracaqların ləğvi aparılacaq.

Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı “Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024