Bunlar polkovnik Rəsul Rəsulov, polkovnik-leytenant Elxan Ömərov və polkovnik-leytenant Əli Nəbiyevdir. Onların hər üçü bu gün artıq qətldə, adam oğurluğunda və banditizmdə də ittiham olunan general Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları olub.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat daxil olub.
Xəbərə görə, hər üç MTN əməkdaşının mənzillərində və iş otaqlarında axtarışlar aparılıb.