Cəmiyyət (17-11-2015, 17:31)
Nazirlik ictimaiyyətdən dəstək istədi
“Azərbaycanda 3 minə qədər şou-biznes nümayəndəsi var. Onlardan hal-hazırda vergi yıgılmır. Amma ictimaiyyətin dəstəyi ilə şou-biznes nümayəndələrindən vergi yığmaq mümkündür”.
Mediatv.az saytının məlumatına görə, bunu vergilər nazirinin I müavini Natiq Əmirov deyib.
Onun sözlərinə görə, əhali müğənniyə verdiyi pul barədə Vergilər Nazirliyinə məlumat versə, yaxşı olar.
“Vergilər Nazirliyi bu rəqəmə istinadən şou-biznes nümayəndələrinə vergi müyyənləşdirə bilər. Amma yaxın gələcəkdə planda var ki, bəlli bir rəqəm qoyularaq, onlardan vergi yığılsın”
Natiq Əmirov onu da qeyd edib ki, səyyar vergi yığımı dayandırılıb.
“Dövriyyəsi 120 min manatdan az olan obyektlərin yoxlanılması dayandırılıb. Vergilər Nazirliyinə 77 min müraciət ərizəsi daxil olub. Onun 2 min 176-sı sikayət xarakterlidir”.