Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (15-11-2015, 11:13)
Eldar Mahmudovun standart sanksiya qiyməti - 350 min dollar

“MTN sistemi əsaslarına, bünövrəsinə qədər çürümüşdü. Eldar Mahmudov-Akif Çovdarov kriminal dueti milli təhlükəsizlik xidməti sistemi çərçivəsində korrupsiya piramidası qurmuşdu. MTN-də istintaq altında olan şəxsdən yalnız bir sənədin - həbs barədə sanksiyanın ləğv olunması üçün 350 min dollar rüşvət tələb edirdilər”.

Mediatv.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında ölkənin tanınmış vəkillərindən biri deyib.

Qeyd edək ki, virtualaz.org saytı yerli vəkillər arasında qısa sorğu keçirib. İstintaq altında olan və MTN-in təcridxanasında saxlanılan şəxslərin hüquqlarını müxtəlif vaxtlarda müdafiə etmiş bütün vəkillər bir ağızdan bildiriblər ki, MTN-in İstintaq İdarəsi tərəfindən araşdırılan istənilən cinayət işini (siyasi motivli işləri çıxmaq şərtilə) Eldar Mahmudovun müəyyən etdiyi rüşvət müqabilində bağlamaq mümkün idi.

Sorğuya qatılan 30-dan çox vəkilin yekun rəyinə görə, təkcə həbs-qətimkan tədbiri sanksiyasının ləğvinin qiyməti orta hesabla 300-350 min dollar olub.

Belə sövdələşmələrdə vasitəçi rolunda adətən vəkillər özləri çıxış ediblər. Bundan əlavə, MTN İstintaq İdarəsinin nəzdində inanılmış vəkillərdən ibarət xüsusi vəkillər ştatı olub. Həbs edilən iş adamları ilə danışıqlarda vasitəçi qismində də məhz həmin vəkillər çıxış edirdi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024