Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-11-2015, 18:07)
Fransa səfiri Azərbaycan xalqına təşəkkür etdi

"Kədərimizi bölüşdüyü üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm”.

Mediatv.az xəbər verir ki, bunu jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

A.Buşez bildirib ki, Fransa prezidenti Fransua Olland tərəfindən ölkədə 3 günlük matəm elan olunub: “Azərbaycan prezidenti İlham Əliyev bu səhər Fransa xalqı və prezidentinə başsağlığı məktubu göndərib, Fransa xalqının acısını paylaşdığını, Fransa xalqını dəstəklədiyini bildirib. Fransa bunu yüksək dəyərləndirir”.

Səfir qeyd edib ki, Fransa prezidenti hadisə ilə bağlı bu gün iki dəfə çıxış edib: “Fransua Olland çıxışında bildirib ki, Fransa xalqının azadlıq və tolerantlıq dəyərlərini hər bir halda müdafiə edəcək. Bu, terror və vəhşiliyə qarşı bir müdafiə olacaq. Fransa prezidenti qeyd etdi ki, baş verənlər terror ordusu tərəfindən Fransaya, müdafiə etdiyimiz dəyərlərə, azad ölkəyə qarşı müharibə deməkdir”.

Fransa səfirliyinin mətbuat xidmətinin rəhbəri Mina Qaziyeva isə bildirib ki, noyabrın 16-da səfirlikdə xatirə dəftəri açılacaq.

Qeyd edək ki, bu gün yüzlərlə Bakı sakini Fransanın Azərbaycandakı səfirliyinin qarşısına gedərək terror qurbanlarını anıb, səfirliyin önünə gül dəstələri düzüblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024