Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2015, 17:41)
1000 manatdan çox maaş alır - Yüksək maaş alan müəllimlərin adları

 

Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30000 nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə orta hesabla əməkhaqqı 35 faiz artıb, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.

Mediatv.az xəbər verir ki, “Qafqazinfo” diaqnostik qiymətləndirmədə maksimum nəticə göstərən və yüksək əməkhaqqı alan bir neçə müəllim haqqında məlumat əldə edib.

Məhərrəmov Nazim Nadir oğlu 1978-ci ildə İsmayıllı rayonu Buynuz kəndində anadan olub. 1984-1995-ci illərdə Sabunçu rayonu 71 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1999-cu ildə həmin fakültənin bakalavr, 2001-ci ildə isə magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2001-ci ildən 192 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.

Müəllimlərin diaqnostik qiymətləndirilməsində maksimum nəticə göstərərək 40 bal toplayıb. Hazırda məktəbdə 34 saat dərs yükü var, əməkhaqqısı isə 860 manatdır. 13 ildən çoxdur ki, müəllim işləyir.

Əliyeva Sona Ələmdar qızı 1960-cı ildə Ağstafa rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xarici dillər (fransız dili) fakültəsinə qəbul olub. 1985-ci ildə universiteti əla qiymətlərlə bitirərək təyinatla Daşkəsən rayonu Təzə kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini Bakı şəhərindəki 74 nömrəli tam orta məktəbdə davam etdirib. Artıq 20 ildir ki, Bakıdakı 268 nömrəli xüsusi məktəbdə çalışır.

20 ildən çox müəllim işləyən Sona Əliyeva da müəllimlərin diaqnostik qiymətləndirilməsində 40 bal toplayıb. 30 saat dərs yükü olan S.Əliyeva 1059 manat əməkhaqqı alır.

Abbasova Vəfa Vaqif qızı 1975-ci ildə Ağstafa rayonu Xətai kəndində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə daxil olub. Əmək fəaliyyətinə 1998-ci ildə Ağstafa rayonu Yenigün kənd orta məktəbində başlayıb. 2004-cü ildən Bakı şəhəri 173 nömrəli tam orta məktəbdə, 2007-ci ildən isə Bakı şəhərindəki 219 nömrəli evdə-məktəbdə coğrafiya müəllimi işləyir.
Ötən il keçirilən diaqnostik qiymətləndirilmədə o da 40 bal toplayıb. 27 saat dərs yükü ilə əməkhaqqısı 855 manatdır. İş stajı 17 il 3 aydır.

Allahverdiyeva Məlahət Hədis qızı 1964-cü ildə Beyləqan rayonunda anadan olub. 1982-ci ildə Xankəndi Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub. Əmək fəaliyyətinə 1981-ci ildə Beyləqan rayonu 3 nömrəli məktəbdə kitabxanaçı kimi başlayıb. Hazırda Xəzər rayonu 123 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyir. Məlahət Allahverdiyeva diaqnostik qiymətləndirilmədə maksimum nəticə toplayıb. 29 ildən çox müəllim işləyən M.Allahverdiyeva hazırda 855 manat əməkhaqqı alır. Onun dərs yükü 36 saatdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024