Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-11-2015, 13:42)
Mübariz Qurbanlı: "Din məişət zorakılığına qarşı çıxır"

Mübariz Qurbanlı:

 

 

“Məişət zorakılığını yaradan səbəblər arasında sosial, iqtisadi, millətin, xalqın keçdiyi tarixi yol olsa da, bunların heç biri əsas deyil. Çünki bütün bu kimi səbəblərə kompleks yanaşmaq lazımdır”. 
Mediatv.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Məişət zorakılığının qarşısının alınması” üzrə Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Komitə sədrinin sözlərinə görə, xalqların adət-ənənəsi məişət zorakılığını yaradan səbəblərdə əsas rol oynayır: “Səmavi və lokal dillər hamısı buna pis yanaşır. Onlar məişət zorakılığını qəbul etmirlər. Din də məişət zorakılığına qarşı çıxır. Hətta islam dinində bu var. Qurani-kərimdə bu qeyd olunub”. 
M.Qurbanlı onu da qeyd edib ki, Azərbaycanda məişət zorakılığının kökü demək olar ki, yoxdur: “Qadın cəmiyyətdə və ailədə yüksək səviyyədə tutulub. Təsadüfi deyil ki, bizdə qadınlara “xanım” deyilir. Azərbaycanda dövlət idarəçiliyi səviyyəsində qadın və kişi bərabərliyi bir tutulur. Eyni zamanda, ölkədə məişət zorakılığının elementləri çox az qalır. Statistikaya baxılsa, ölkəmiz elə yerdədir ki, nə aşağıda, nə də yuxarı sıralarda qərarlaşıb. Çünki bizim ailədə qadınların yeri tamam başqadır. Müasir dövlətlərdə qadınlara nisbətən kişiləri qorumağa başlayıblar. Əminəm ki, gender tolerantlığı dünyada tam bərqərar olacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024