Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-09-2015, 14:50)
Xədicə İsmayılı "Quantanamo məhbusu" kimi təqdim edənlər...

Xədicə İsmayılı "Quantanamo məhbusu" kimi təqdim edənlər...

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azadlıq" Radiosunun əməkdaşı Xədicə İsmayılla bağlı keçirilən proses sentyabrın 1-də tamamlanıb. Hakim Ramella Allahverdiyevanın rəhbərlik etdiyi heyət onun haqqında 7,6 il müddətində azadlıqdan məhrumetmə hökmü verib. Xədicə İsmayıl çıxarılan hökmdən narazılığını ifadə edib, vəkillər isə appelyasiya şikayəti verəcəklərini bildiriblər. Onların öz mövqelərini isbatlamaq üçün kifayət qədər imkanları var; Appelyasiya Məhkəməsi və Ali Məhkəmə ilkin məhkəmə instansiyasının qərarını dəyişə bilər. Necə ki, hələ ilkin məhkəmə instansiyasında ittiham aktında əks olunmuş 125-ci maddə üzrə ona bəraət verilib. Hakim bildirib ki, 125-ci maddə üzrə ittiham təsdiqini tapmadığı üçün bu maddədə nəzərdə tutulan cəza hökmdən çıxarılıb.

ABŞ Dövlət Departamenti və onun himayəsində olanlar hüquqi müstəvidə aparılan prosesin yekunlaşmasını gözləməyiblər. İlkin məhkəmə instansiyasının çıxardığı hökmdən dərhal sonra yayılan bəyanatda Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlarala yanaşı, məhkəmə prosesinin gedişindən də narazılıq ifadə olunub. "Şahid ifadələri və başqa dəlillərin çatışmazlığı daxil olmaqla məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntularından narahat olan" Dövlət Departamenti "Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını qorumaq, inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə" səsləyib.
ABŞ-ın beynəlxalq statuslu QHT şəbəkəsi mövzuya daha kəskin formada yanaşıb. Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) məhkəmə hökmünə çox operativ (hökmün elan edilməsindən 2 saat sonra) reaksiya verməklə yanaşı (https://cpj.org/2015/09/cpj-condemns-75-year-prison-term-for-khadija-ismay.php), bu hökmün qeyri-ədalətli olmasını isbatlamaq üçün kampaniyaya başlayıb: tvitter həştəqləri yaradılıb, digər vasitələrə əl atılıb. (https://cpj.org/campaigns/pressuncuffed/khadija-ismayilova.php). Məşhur "Freedom house" da ona dəstək verib (https://freedomhouse.org/article/azerbaijan-harsh-sentence-against-ismayilova-restricts-press-freedom#.VeXVtfntmko). Bu şəbəkəyə daxil olan təşkilatların (hamısının adını sadalamağa zərurət görmürük. Şəbəkəyə daxil olan təqribən 20-yə yaxın təşkilat eyni mövqeyi simvolik dəyişikliklərlə təqdim ediblər) mövzu ilə bağlı bəyanatlarını oxuyanda elə təəssürat yaranır ki, Xədicə İsmayılı müasir məhkəmə müstəvisində yox, Linç məhkəməsində sorğu-sual ediblər. Daha doğrusu, Azərbaycan məhkəmələri haqqında "Quantanamo" həbs düşərgəsinə bənzər təsəvvür formalaşdırılır (https://az.wikipedia.org/wiki/Quantanamo_h%C9%99bs_d%C3%BC%C5%9F%C9%99rg%C9%99si) Hansı ki, məhbusların məhkəməsiz tutuqlandığı, vəkil müdafiəsindən məhrum edildiyi, insanlığa zidd, quldarlıq qurluşuna xas olan işgəncələrə məruz qaldığı "Quantanamo" nə Azərbaycana, nə də digər ölkələrə deyil, məhz ABŞ-a məxsusdur. Sivil dünya standartlarına daban-dabana zidd olan bu mühakimə və cəza yuvasını bütün dünyanın lənətləməsinə baxmayaraq, ABŞ onun mövcudluğunu hələ də sürdürür. Baxmayaraq ki, Barak Obamanın prezident seçilməsinə dəstək verilməsinin əsas səbəblərindən biri, məhz "Quantanamo" nun 2010-cu ilə qədər bağlanacağı yönündə verdiyi vəd olmuşdu.
Beynəlxalq statuslu, yaxud yerli QHT-lərin Xədicə İsmayıl və digər hər hansı bir şəxslə bağlı araşdırmalar aparmasında, bəyanatlar səsləndirməsində qeyri-adilik yoxdur. Zatən QHT-nin standartlaşmış missiyalarından biridir bu. Amma QHT statusunun müəyyən edildiyi nə beynəlxalq konvensiyalarda, nə də yerli qanunvericiliklərin heç birində qeyd edilməyib ki, QHT insan hüquqları məsələsinə ölkələr üzrə fərq qoymalı, birini gözardı edib digərini hədəf seçməli, hansısa qurumun siyasi maraqlarının təmsilçisinə çevrilməlidir. Əksinə, qrup maraqlarına xidmət edən, dövlətlərdən asılı vəziyyətə düşən QHT-lər üçün ABŞ-yanlı texnoloqlar tərəfindən GONGO deyilən termin formalaşdırılmış, bu kateqoriyaya daxil olanlara qarşı mübarizə elan edilmişdir. Amma ABŞ texnoloqları tərəfindən formalaşdırılmış bu standartlar, indi qeyri-iradi olaraq, onların özlərini hədəfə çevirib.
Əgər ABŞ QHT şəbəkəsi Xədicə İsmayıl məsələsinə səmimi olaraq insan hüquqları, media azadlığı müstəvisində yanaşırsa, onda Xədicənin məhkəməsinin davam etdiyi sürədə ABŞ-da yaşanan daha ağır faciənin, 26 avqustda Virciniya ştatında yaşanan jurnalist qətliamının gözardı edilməsini necə şərh edək? "Freedom House"-in internet saytında, baş səhifədə (https://freedomhouse.org/ ) 24 avqustdan başlayaraq bu günə qədər dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələr barədə təfsilatlı təsvir və bəyanatlar yerləşdirilsə də, təkcə ABŞ istisna edilib. Sayt ABŞ-da bir həftə ərzində baş vermiş 3 ciddi insidentdən heç birinə - nə 26 avqustda Virciniyada yaşanmış jurnalist qətliamına, nə BBC teleradio şirkətinin 2 jurnalistinin hüquqlarının pozulmasına, Virciniya polisinin onları hadisə yerinə buraxmaqdan kobudcasına imtina etməsinə, nə də 2016-cı il üzrə seçkilərində respublikaçıları təmsil edən Donald Tramp ispan dilli jurnalisti etnik mənsubiyyətinə görə aşağılayıb mətbuat konfransından qovmasına yer verməyib. "Freedom House" və CPJ başda olmaqla, belə yanaşma digər 20 ABŞ-yanlı QHT tərəfindən də təkrarlanıb, onlar da ABŞ-da yaşanan qeyri-insani faktlara yer verməkdən yayınıblar.

Amma saytların informasiya natamamlığı bununla yekunlaşmır. "Freedom House" bütün dünyanı lərzəyə salan "Quantanamo" mövzusuna sonuncu dəfə 2010-cu ildə toxunub (https://freedomhouse.org/article/global-human-rights-advocates-meet-president-obama-us-human-rights-agenda#.Veayjvntmko). O da beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün. Yazıb ki, dünya ictimaiyyəti Obamanın "Quantanamonu" bağlamaq rəyini alqışlayır. Amma mövzunu təqib etməyib, sonradan heç vaxt yazmayıb ki, Obamanın bu vədi nə yerdə qaldı?!

Müşfiq Ələsgərli
Jurnalistlərin Həkarlat İttifaqının sədri

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024