Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-05-2015, 22:40)
Paytaxtda 22 ədəd «Baku 2015» mağazası fəaliyyət göstərəcək

Məhərrəm Məmmədov: «Mağazamızdakı nərtaxta 275, Şəki kəlağayısı 40, gəlincik isə 240 manata satılır»


Mayın 11-də Dənizkənarı Bulvar İdarəsinin nəzdindəki Milli Parkın (bulvar) ərazisində, «Şeytan çarxı»nın qarşısında paytaxtımızda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş «Baku 2015» mağazası açılıb. Həmin mağazada sözügedən oyunların emblem və brendlərinin üzərində həkk olunduğu müxtəlif məhsullar satışa çıxarılıb.

Bu barədə ətraflı məlumat almaq üçün adıçəkilən məkana baş çəkdik. Çadır və dəmir vasitələrindən istifadə edilməklə hazırlanmış mağazanın daxilində və çölündə «Baku 2015» 1-st European Games»-in loqosu olan təsvirlər yaradılmışdı. 
Mağazada müxtəlif köynəklər, çantalar, kəlağayılar, müxtəlif aksessuarlar, Azərbaycanın üçrəngli bayraqları, «Bakı 2015»in bayraqları, yay papaqları alıcılara təqdim edilib. Diqqətimizi cəlb edən aksesuarlar arasında milli adət-ənənələrimizi özündə əks etdirən Azərbaycanın milli gəlinciyi, nərdtaxta da var idi. Satışa çıxarılan malların hər birinin qoyulduğu rəfdə onun adı ilə yanaşı Azərbaycanın valyuta məzənnəsi ilə qiyməti yazılmışdı. Bütün məhsulların üzərində birinci Avropa Oyunlarında keçiriləcək idman yarışlarının təsvirləri və loqosu əks olunmuşdu. Mağazanın yenicə açılmasına baxmayaraq yerli və əcnəbilər arasında böyük maraq oyadıb.

Müşahidələrimizi bitirib mağazanın məsul işçisi Məhərrəm Məmmədovla həmsöhbət olduq. Öyrəndik ki, «Baku 2015» mağazası birinci Avropa Oyunlarının dəstəkçisi olan «Bazarstore» mağazalar şəbəkəsi tərəfindən yaradılıb və orada adıçəkilən şəbəkənin tədarükçüsü olduğu məhsullar satılır. Onun dediyinə görə, sözügedən oyunlarının rəsmi mağağazası olan «Baku 2015»in yaradılmasında məqsəd birinci Avropa Oyunlarının mallarının ictimaiyyətə geniş şəkildə təqdim olunmasıdır: «Mağazamızda olan brendlər sırf olimpiya oyunları üçün nəzərdə tutulub. Məhsulların dizaynı xüsusi olaraq «Bakı 2015» üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqram ilə təmin olunub. Mallar Türkiyədə istehsal edilib. Mağazamızdakı mallar əhalinin müxtəlif təbəqələri üçün nəzərdə tutulub. Yaratdığımız stendlərdə kişilər, qadınlar və uşaqlar üçün mallarımız var. Qadınlar üçün nəzərdə tutulan malların qiymətləri 12 manat 50 qəpikdən başlayır. Uşaqlar üçün nəzərdə tutulanlar üçün minimum qiymət 10 manatdır. Kişilər üçün nəzərdə tutulan malların qiymətləri isə 13 manat 50 qəpikdən başlayır. Aksessurlar arasında elələri var ki, onların qiymətləri 4 manatdır. Azərbaycanın və Avropa Oyunlarının bayraqlarının hər birinin qiyməti 6 manatdır. Müxtəlif çantalar üçün standart qiymət müəyyənləşdirmişik və onların hər birinin qiyməti 10 manatdır. Əl işləməsi olan nərtaxtaların hər birinin qiyməti 275 manatdır. Şəki kəlağayıları da sırf əl işləməsi olduğu üçün bir ədədinin qiyməti 40 manata müəyyənləşdirilib. Milli ənənələrimizə məxsus olan gəlinciklərin hər birinin qiyməti 240 manatdır».

Onun dediyinə görə, paytaxt ərazisində 22 ədəd «Baku 2015» mağazasının yaradılması planlaşdırılıb və onlardan artıq 1-i fəaliyyətdədir. Üzərinə «ekskluziv» sözü yazılmış stendlərdə satışa çıxarılan məhsullar yalnız «Bazarstore» mağazalar şəbəkəsinin sırf olimpida üçün nəzərdə tutulan 22 mağazasında olacaq: «Digər mallar isə həmin şəbəkənin başqa mağazalarında da satılacaq. Sabahdan, yəni mayın 15-dən etibarən mağazamıza başqa çeşidlərdə də mallar gətiriləcək. Onların arasında suvenirlər, fincanlar, nəlbəki ilə armudu stəkanlar, yeni növ kəlağayıları və sair də olacaq».


Malların adlarının Azərbaycan dilində qeyd edilməsinə və onların qiymətlərin milli valyuta ilə göstərilməsinə də münasibət bildirən həmsöhbətimiz vurğulayır ki, biz dövlət dilini – Azərbaycan dilini əsas götürmüşük: «Lakin bütün bunlar bizim işimizə, malların satışına hər hansı bir problem yaratmayacaq. Çünki məndən başqa bu mağazada 3 satıcı da var. Hər birimiz Azərbaycan, rus və ingilis dilində sərbəts danışırıq. Müştərilərimizə malların adları və özləri barədə ətraflı məlumat verməkdə heç bir çətinliyimiz yoxdur. Malların qiymətlərinin milli valyuta ilə göstərilməsinə baxmayaraq, dollar, rubl və ya başqa valyuta təqdim edən müştərilərlə də lazımi xidmətin göstərilməsi üçün də mağazamızda hər cür şərait yaradılıb. Yəni kompüter sistemimizdə internet mövcuddur. Əgər kimsə başqa valyuta təqdim etsə, biz internet vasitəsilə onun Azərbaycan manatına olan məzənnəsini hesablayacağıq. Alınan malların dəyərini həmin məbləğdən çıxacağıq və yerdə qalan pullar milli valyuta ilə alıcıya qaytarılacaq. Təkcə əcnəbilər deyil, yerli vətəndaşlarımız arasında da bank kartlarından istifadə edənlər var. Biz alınan malların dəyərinin ödənilməsi üçün burada elektron ödəniş terminalı da quraşdırmışıq».

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024