Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-05-2015, 16:36)
Təfəkkür Universitetində inanılmaz saxtakarlıq

Köçürmə ilə gələn 300-dən artıq tələbədən «fərq imtahanı» adıyla 500 manatdan pul alıblar, onlara guya, ABU-dan gəldiyi üçün ərizə yazdırılır

 

Azərbaycanın ən qalmaqallı və adı korrupsiya işlərinə daha çox qarışmış təhsil ocaqlarından biri olan Təfəkkür Universitetində növbəti skandal yaşanır. 
Bu dəfəki qalmaqala səbəb rektor Müşfiq Atakişiyevin Təhsil Nazirliyinin rəsmilərindən olan Məlahət Hacıyeva ilə birlikdə keçirdikləri «əməliyyat» olub. 
Etibarlı mənbələrdən aldığımız məlumatda vurğulanır ki, Təfəkkür Universitetinin rektoru «köçürmə» yolu ilə gəlmiş 300-dən artıq tələbənin hər birindən 500 manatdan pul yığdırır. Onların «köçürmə»lərinin qeyri-qanuni şəkildə həyata keçirdiklərini ört-basdır etmək üçün nəzərdə tutulan addıma əsasən, həmin tələbələr guya, ABU-dan gələnlər kimi sənədləşdirilir. 
Həmin tələbələrin ərizələrini dəyişdirərək, «köçürülən»ə qədər ABU-da oxuduqları yazdırılır. Və tələb olunan 500 manat isə «fərq imtahanı» üçün nəzərdə tutulduğu deyilir. Əslində isə pul alınan tələbələrin hamısı Təfəkkür Universitetinin kənarda yaratdığı və qeydiyyatda olmayan və əsasən də «köçürmə» üçün nəzərdə tutulmuş «filial»ındən gələnlərdir. Sadəcə, Təhsil Nazirliyi həmin filialı tanımadığı və oradan edilən «köçürmələri» də qanunsuz hesab etdiyindən Müşfiq Atakişiyev bu addan istifadə edir. Həmçinin ortada isə yüz minlərlə manat qazancın olduğu da nəzərə alınıb. 
Mənbə iddia edir ki, Təhsil Nazirliyinin De-İnstitutlaşma Uşaq İdarəsinin müdiri Məlahət Hacıyevanın nəzarəti altında həyata keçirilən proses işləri asanlaşdırmaq məqsədi güdür.(jam.az)
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025
4 05 2025