Karusel / Slayd (22-06-2024, 23:06)
Gəncə Dövlət Universitetində biabırçılıq-VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ,Gəncə Dövlət Universitetinin müəllimi,riyaziyyat elmləri doktoru Sabir Qəhrəman oğlu Həsənov tərəfindən müraciət ünvanlanıb.Bir nüxsəsi də Mediatv.az-ın eletron poçtuna daxil olan müraciətdə deyilir:Mən Gəncə Dövlət Universitetinin müəllimiyəm. Elmlər doktoruyam. Mənim şikayətim Gəncə Dövlət Universitetinin rəhbərliyindəndir. Universitetin rəhbərliyi bütün vəzifələri pulla satır, imtahan sessiyasında obyektivlik adı ilə nə hoqqadan çıxır. Gəncənin müztəlif yerlərində, eləcə də ətraf rayonlarda obyektlər, villalar, restoranlar alır. Bunlarla gözləri doymur. İndi də universitetin Bayraq meydanındakı tədris binasında tələbə yeməkxanası ola-ola, binanın qarşısında universitetin ərazisini kənar sahibkara sataraq onunla şərikli qeyri-qanuni kafe tikdirir.
Bir dəfə biz kollektiv şəkildə buna etiraz etdik. İcra başçısı Niyazi Bayramov bunun qarşısını aldı, həmin kafe söküldü. İndi Qurban bayramı ilə əlaqədar iş günü olmadığından bunlar fəaliyyətə başlayıb. Bütün gecəni də işləyiblər. Həmin ərazidə rektor Yusif Yusibovun göstərişi ilə prorektorlar Şahin Xurşudov və Fəxrəddin Həsənov universitetin qarşısında kafe tikirlər. Bu kafe həm universitetin görkəminə, həm də Bayraq meydanının görkəminə pis təsir göstərir. Həm də şəhərin müxtəlif avaraları tələbə qızlara görə bura yığışır.
Ardıcıl olaraq bir neçə gün iş günü olmadığından, universitet əməkdaşları bilməsin deyə bu fasilədən istifadə edib bu goreşənlər geçəni də işləyib kafeni tikib başa çatdırmaq istəyirlər. Hal-hazırda da tikinti davam edir. Kollektiv adından xahiş edirik ki, bu özbaşınalığın qarşısını alasınız. Tədris binasının ərazisinin satılmasının, həm tədris binasının, eləcə də Bayraq meydanının ümumi görüntüsünə xələl gətirən bu qeyri-qanuni tiklilnin sökülməsi üçün göstəriş verəsiniz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024