--- (Bu gün, 11:41)
Milli Kitabxanada “14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub
14 fevral 2026-cı il tarixində Milli Kitabxanada ənənəvi olaraq oxu mədəniyyətinin təşviqi, kitaba sevginin aşılanması və cəmiyyətdə paylaşma dəyərlərinin gücləndirilməsi məqsədilə “14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Mediatv.az xəbər verir ki,Ənənəvi sərgidə oxu mədəniyyəti və kitabın cəmiyyətdəki rolu, söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirlər, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, uşaqlar və gənclər üçün nəzərdə tutulmuş maarifləndirici kitablar, Azərbaycan və dünya ədəbiyyatının seçmə nümunələri və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgidə fotolar, Ulu Öndər Heydər Əliyevin söz, kitab, mütaliə, kitabxana və kitab nəşri haqqında müdrik fikirləri, hər il ənənəvi şəkildə Milli Kitabxanada “14 fevral – Beynəlxalq kitab bağışlama günü” ilə əlaqədar keçirilən tədbirlər haqqında materiallar, Kitab marafonu, Kitab və Oxu mədəniyyəti, Kitab çapı və s. haqqında ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istiyənlər https://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Beynəlxalq Kitab Bağışlama Günü hər il 14 fevral tarixində qeyd olunur və kitabı paylaşmaq, oxu mədəniyyətini yaymaq məqsədi daşıyır.
Bu gün dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb.
Bayramın əsas ideyası odur ki, kitab yalnız bilik mənbəyi deyil, həm də paylaşdıqca dəyəri artan mənəvi sərvətdir.
Beynəlxalq Kitab Bağışlama Günü cəmiyyətdə oxumağa marağı gücləndirir, kitabxanaların zənginləşdirilməsinə və maarifləndirici mühitin formalaşmasına töhfə verir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
16 02 2026
“AZTRANSLATİON CENTER” MMC-də ŞƏXSİ-QƏRƏZLİK, ƏMƏK HÜQUQLARININ POZULMASI -KOLLEKTİVDƏ İKİTİRƏLİK???
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
15 02 2026
























