Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (21-09-2020, 14:45)
Namiq Abdullayev millimizin baş məşqçisi oldu - YENİLƏNİB

 "Bu etimada görə rəhbərliyə minnətdaram. Daha əvvəl yeniyetmə və gənclər üzrə yığmalarda çalışmışam. Son vaxtlaradək isə aşağı çəkilərə nəzarət edirdim". 
Mediatv.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Namiq Abdullayev təyinatı barədə danışarkən deyib. 49 yaşlı mütəxəssis bildirib ki, sərbəst güləşçilər daim nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər: "Əvvəllər güləşçilərimizə qarşı haqsızlıqlar olurdu. Amma artıq 15 ilə yaxındır ki, belə hallar aradan qalxıb. Bu da Namiq Əliyevin Dünya Güləş Birliyində büro üzvü olmasından irəli gəlir. Ötənilki dünya çempionatında Hacı Əliyevə göstərilmiş qırmızı vərəqənin ləğvi də bunun nəticəsidir".
Abdullayev köməkçilərinin dəyişməsinin mümkünlüyünü istisna etməyib: Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi isə Arif Abdullayevdir. Hüseynov hazırda Dağıstandakı güləşçilərlə birgədir. Razılıq əldə etsək, o, komandada qala bilər. Qərarı federasiya rəhbərliyi verəcək".
****
14:01
Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar gerçəkləşib.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev keçirdiyi mətbuat konfransında açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçi sükanı arxasına gətirilib.
Olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib.
N. Əliyev sərbəst güləş yığmasının bir çox üzvünün Dağıstanda qaldığını və Azərbaycana gələ bilmədiyini söyləyib. O, Abdullayevin bu müddətdə Azərbaycanda qalan yerli idmançılarla hazırlıq keçdiyini xatırladıb.
Qurumun prezident əvəzi yunan-Roma güləşində baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında müəyyən irəliləyişlərə nail olunduğunu da vurğulayıb. O, gələn ilin mart-aprelindəki lisenziya yarışlarında olimpiadaya vəsiqələrin qazanılacağına ümid etdiyini bildirib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020