İdman (18-07-2019, 21:21)
Namiq Əliyev: Ermənilər həmişə belə məqamlarda hay-küy salırlar

Tədbirin sonunda federasiya rəhbəri brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
“Avropa Gənclər Olimpiya Festivalı 15-ci dəfə təşkil olunacaq. Təşkilatçı ölkə kimi festivalın proqramına güləşin salınmasına nail olduq. Müəyyən çəkilərlə bağlı problem var idi. Ancaq Dünya Güləş Birliyinin Bürosunda təkidlərimiz nəticəsində güləşin hər üç növü üzrə altı çəkinin proqrama salınmasına qərar verildi”.
N.Əliyev bildirib ki, bu il əsas hədəf Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatıdır:
“Bildiyiniz kimi, dünya çempionatı güləşdə Olimpiadaya ilk lisenziya verən yarışdır. Bu dəfə lisenziya qazanmaq çətin olacaq. Çünki Olimpiadada hər çəkidə cəmi 16 güləşçi iştirak edəcək. İnanıram ki, güləşçilərimiz Avropa Gənclər Olimpiya Festivalında çox uğurlu çıxış edəcəklər. Orada 18 çəkidə mübarizə baş tutacaq. Ən azı, 15 medal qazanacağımıza ümid edirəm. Qızıl medalların sayının çox olacağına da inanıram.
Avropa Oyunlarına tam əsas heyətlə qatılmamışdıq. Bununla belə, komandamız ümumilikdə kifayət qədər uğurlu çıxış etdi. Ölkəmizin əldə etdiyi beş qızıl medaldan üçü güləşçilərdən gəldi”.
Federasiya rəsmisi qeyd edib ki, gələn il Avropa Olimpiya Təsnifat turnirini Bakıda keçirmək niyyətindədirlər:
“Həmişə belə məqamlarda ermənilər hay-küy salırlar. İndidən Beynəlxalq Olimpiya Komitəsinə yazırlar ki, Bakıda bu yarış keçirilsə, təzyiq altında olacağıq. Sentyabrın 13-də Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin iclası keçiriləcək. Orada həmin yarışın təşkilatçısı məlum olacaq. Hesab edirəm ki, turnirin keçirilməsini bizə həvalə edəcəklər”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025