Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-05-2021, 15:53)
Dekanlıq tələbələri qorxutmaq üçün saxta sənəd göndərib? - FOTO

Dekanlıq tələbələri qorxutmaq üçün saxta sənəd göndərib?
Sosial şəbəkələrdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin təhsil haqqı borcu olan III kurs tələbələrinin siyahısından ibarət təqdimat sənədi yayılıb. Sənəddə həmin tələbələrin universitetdən xaric olunması üçün rektora müraciət edildiyi görünür. İddia olunur ki, təhsil haqqını verə bilməyən tələbələri qorxutmaq üçün həmin fakültənin dekanlığı tərəfindən saxta təqdimat hazırlanıb və tələbələrə göndərilib.

“Qafqazinfo” məsələ ilə bağlı universitetin mətbuat xidməti ilə əlaqə saxlayıb. Universitetdən yayılan sənədin saxta olduğu bildirilib və qeyd olunub ki, universitet rəhbərliyinin ondan xəbəri yoxdur:

“Həmin sənəddə nə möhür, nə də imza var. Biz bilmirik ki, kim tərəfindən düzəldilib və nə məqsədlə yayılıb. Hazırda bu məsələ aydınlaşdırılır. Həmin adları qeyd olunan tələbələr həssas qrupa aid olan tələbələrdir və onlara dövlət tərəfindən yardım olunur.

Universitet rəhbərliyi həssas qrupa düşməyən tələbələrə belə müraciət edərək güzəştlər edəcəyini açıqlayıb. Onlar təhsil haqlarını hissə-hissə ödəyəcəklər. Bu sənəd saxtadır, universitet rəhbərliyinin ondan xəbəri yoxdur və təxribartdır”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024