Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-01-2020, 19:42)
Rektor tələbələrə 190 manatlıq forma satan dekanı işdən çıxarıb

 Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Mediatv.az  xəbər verir ki, bu barədə universitetin feysbuk səhifəsində məlumat yayılıb. 
Məlumatda bildirilir ki, həmin vəzifəyə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.
Qeyd edək ki, Q. İsayeva bundan əvvəl Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris hissəsinin planlaşdırma və proqnozlaşdırma bölməsinin müdiri vəzifəsində çalışıb.
Eyni zamanda bu gün “Azərbaycan universitetləri” adlı feysbuk səhifəsində universitetin Xüsusi Texnika və Texnologiya fakultəsinin dekanının tələbələrə qanunsuz forma satdığı üçün rektor tərəfindən işdən çıxarıldığı barədə məlumat yayılıb.
“Qafqazinfo” yayılan məlumatı universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova ilə dəqiqləşdirib. O qeyd edib ki, belə bir fakt 2 ay bundan əvvəl baş verib:
“Həmin dekanın adı Ramiz Hüseynovdır. Sözügedən kafedrada müdafiə sənayesi üçün silahların hazırlanması tədris olunur. Dekan xüsusi hərbi geyim formasını məcburi olaraq tələbələrə aldırmaq istəyib.
Belə ki, o, tələbələri özünün seçdiyi tikiş evinə yönləndirirmiş. Həmin formaların qiyməti isə 120-190 manat arasında olub. Universitetin nizamnaməsində belə qayda yoxdur. Buna görə də, rektor tərəfindən işdən azad edilib”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024