Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-05-2021, 12:20)
5 ildə 7 min tələbə təhsil haqqına görə universitetdən xaric edilib -səbəb?

5 ildə 7 min tələbə təhsil haqqına görə universitetdən xaric edilib
"Bir sıra ali təhsil müəssisələri pandemiyanın yaratdığı çətinlikləri, insanların gəlirlərinin aşağı düşməsini, iş yerlərinin bağlanmasını nəzərə almırlar”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov təhsil haqqını ödəyə bilmədiyinə görə, universitetdən xaric edilən tələbələrlə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, digər tərəfdən Azərbaycan ali təhsil müəssisələrinin gəlirlərinin 90 faizi məhz tələbələrin ödədikləri təhsil haqqı hesabınadır:

"Hər il ən azı 2 min 500, 3 minə yaxın tələbə bu və ya digər səbəbdən təhsilini yarımçıq qoyur. Onlar arasında təhsil haqqını ödəyə bilmədiyinə görə, universitetdən xaric edilən kifayət qədər tələbələr var. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin müxtəlif səbəblərdən xaric edilmə hallarına daha çox rast gəlmək olur. Digər bir amil tələbələrə hər hansı güzəştin edilməməsidir. Baxmayaraq ki, 2013-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul ediləndə orada Təhsil Fondunun yaradılması nəzərdə tutulurdu. Bir neçə ay bundan əvvəl, Tələbə Kredit Təşkilatının yaradılması düşünüldü. Lakin təəssüf ki, Azərbaycanda ödənişli əsaslarla təhsil alan şəxslərə güzəştlər yoxdur”.

Müsahibimiz qeyd edib ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsində 182 min tələbə təhsil alır və onların 110 mini ödənişsiz əsaslarla oxuyur:

"Azərbaycanda ali təhsilli insanları sayı çox azdır. Bu gün ölkə vətəndaşının cəmi 17 faizi ali təhsillidir, ona görə də biz təhsil haqqını ödəyə bilməyənləri xaric etməməliyik. Bu, ciddi qüsurdur. Bu tip insanları təhsildən uzaqlaşdırmaqla əmək bazarında rəqabəti aşağı salırıq. Son 5 ildə 7 minə yaxın şəxs təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Təbii ki, bu addım hüquqi baxımdan doğru olsa da, insanlıq baxımından mövcud pandemiya şəraitini, Vətən Müharibəsi və.s kimi amilləri nəzərə almaq lazım idi. Tələbələri universitetdən xaric etməklə nəsə qazanmayacağıq, amma itirəcəyik. Bu qədər şəxsin ali təhsil müəssisəsindən xaric edilməsi ölkədə müəyyən qədər gənc ixtisaslı kadrların çatışmazlığı problemini yarada bilər”.

Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində dekanlıq III kurs tələbələrinin təhsil haqqı borcları ilə bağlı siyahı hazırlayıb və onların universitetdən xaric edilməsini xahiş edib.

5 ildə 7 min tələbə təhsil haqqına görə universitetdən xaric edilib
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024