Təhsil (6-05-2020, 14:02)
Pedaqoji ixtisası olmayan hansı şəxslərin müəllim işləyəcəyini nazirlik müəyyən edəcək

Mediatv.az xəbər verir ki, bu, ümumi təhsil pilləsi ilə bağlı təsdiqlənmiş yeni normativ hüquqi aktlarda yer alan pedaqoji fəaliyyətlə məşğul olma qaydasında öz əksini tapıb.
Qaydalara əsasən, bu imkan kadr tələbatının təhlili əsasında müvafiq siyahıdan Təhsil Nazirliyi tərəfindən müəyyən edilən ixtisaslar üzrə mütəxəssislərə şamil ediləcək və həmin ixtisaslar hər il üçün elan ediləcək.
Pedaqoji təhsilə malik olmayan ali təhsilli mütəxəssislərin də işə qəbulunun Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsasən aparılması nəzərdə tutulur. Həmin mütəxəssislər baza təhsilindən asılı olaraq pedaqogika, psixologiya və təlim strategiyaları ilə bağlı Təhsil Nazirliyi tərəfindən təşkil olunan müvafiq ödənişsiz təlim kurslarına cəlb olunacaqlar.
Qeyd edək ki, Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib. Bu qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 07 2025
27 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
26 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
“Range Rover”in sürücüsü yolun ortasında digər sürücüyə ailəsinin gözü qarşısında hücum etdi-FOTOLAR
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
25 07 2025
24 07 2025
24 07 2025