Cəmiyyət / Təhsil (30-05-2019, 19:07)
Azərbaycanda məktəblər yeni qaydalarla mühafizə olunacaq
Dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir.
Mediatv.az-ın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini İdris İsayev nazirlik tərəfindən media üçün keçirilən təlimdə yeni qəbul olunan “Ümumi təhsil haqqında” qanunla bağlı çıxışı zamanı bildirib.
O bildirib ki, bu gün dərsliklərlə bağlı normativ baza olsa da, onlar səpələnmiş formadadır:
“Burada tələblər müəyyənləşməlidir. Tələblər müxtəlif də ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır.
Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək. Həmçinin, məcburi şəkildə peşəyönümlü xidmətlər təşkil ediləcək”.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə bildirib ki, hazırda məktəbəhazırlıq ümumi təhsilin səviyyəsi kimi qanunda göstərilib:
“Beləliklə, ölkədə ümumi təhsilin müddəti 12 il edir. Şagird ümumi təhsil pilləsində 12 il ərzində təhsil alacaq”.
Nazirlik rəsmisi təhsil müəssisələrinin mühafizəsi barədə də danışıb:
“Təhsil müəssisələrinin mühafizəsi hamını düşündürür. Yeni qanunda birbaşa göstərilib ki, məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydalar altı ay müddətində tərtib olunub təqdim olunacaq”, - deyə nazirlik rəsmisi qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024