Təhsil (20-04-2020, 21:07)
SDU-da Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş “Realist ədəbiyyatımızın parlayan ulduzu” onlayn formatında elmi-praktik konfrans öz işinə başladı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əbdülrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 31 yanvar 2020-ci il tarixdə Sərəncam imzaladı. Sərəncama əsasən aprelin 20-də Sumqayıt Dövlət Universitetində Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş “Realist ədəbiyyatımızın parlayan ulduzu” onlayn formatında elmi-praktik konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq onlayn vasitəsilə iştirakçıları salamladı, bildirdi ki,vətəndaşların qlobal pandemiyaya çevrilən koronavirus (COVID-19) infeksiyasından qorunması bu gün Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantına çevrildi, bununla da, ölkə başçısı bir daha sübut etdi ki, onun siyasətinin mərkəzində Azərbaycan xalqı dayanır. İnanıram ki, məhz bu siyasətin ətrafında hər zaman sıx birləşən xalqımız bu çətin günlərdən də uğurla keçəcək.Konfransın əhəmiyyətindən bəhs edən prorektor onu da diqqətə çatdırdı ki, Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Respublikada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin müvəqqəti dayandırıldığı nəzərə alınaraq Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq Sumqayıt Dövlət Universitetində tədris, elmi təcrübələrin bölüşülməsi və xarici layihələr, görüşlər, konfranslar onlayn (məsafədən) formada təşkil edilir.
Prorektor Azərbaycan ədəbiyyatının və dramaturgiyamızın inkişafında böyük xidmətləri olmuş xalqımızın böyük sənətkarı olan yazıçı, dramaturq, publisist, tənqidçi Əbdürrəhim bəy Haqverdiyevin mənalı ömür yolundan və zəngin yaradıcılığından söz açdı. Bildirdi ki, nasir, publisist və teatr təşkilatçısı və ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlər göstərib. Azərbaycan ədəbiyyatı tarixində silinməz iz qoymuş Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması barədə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncam bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına olan diqqət və qayğı hər zaman yüksək səviyyədə olub. Ulu öndər Heydər Əliyevin poeziyamıza verdiyi dəyərdən danışan prorektor bu gün onun layiqli davamçıları olan Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu ənənənin uğurla davam etdirildiyini diqqətə çatdırdı. Vurğuladı ki, Əbdürrəhim bəy Haqverdiyevin adının UNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin mənəvi sərvətlərimizi və ali ümumbəşəri dəyərləri özündə təcəssüm etdirən humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür. Prorektor ədibin zəngin yaradıcılığından bəhs edərək qeyd etdi ki, Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində xüsusi yeri olan
şəxsiyyətlərdəndir. O, dramaturq, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi çoxcəhətli səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun və sosoial-siyasi düşüncəmizin inkişaf edib formalaşmasında xüsusi rol oynamış, duma üzvü, xalq komissarı və digər vəzifələr daşımaqla dövlətçilik və idarəçilik işinin təkmilləşdirilməsi sahəsində öz xidmətlərini əsirgəməmişdir. Əbdürrəhim bəy Haqverdiyev həm dramaturgiya və bədii nəsrimizi, həm də satirik publisistikamızı yeni və orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik , sujet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirmişdir. Bununla da XX əsrin ilk onilliyində milli ictimai- bədii fikrimizin əlvanlığını və sürətli inkişafını təmin edən əsas şəxsiyyətlərdən biri kimi parlamışdır. Ramiz Hüseynov onu da qeyd etdi ki, Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı dövrdə milli özünüdərk, vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini qorumaq arzularının gerçəkləşməsi üçün Əbdürrəhim bəy Haqverdiyev bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın və xüsusilə “Molla Nəsrəddin” tribunasından məharətlə istifadə edib. O, əsərlərində mollanəsrəddinçiliyə daim sadiq qalmış, Vətənin azadlığına, xalqın oyanışına, müstəqil düşünməsinə, haqqı nahaqdan seçməsinə, ana dilinin geniş yayılmasına yardımçı olmağa səy göstərib.
Konfransda Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov “Əbdürrəhim bəy Haqverdiyev Molla Nəsrəddin ədəbi məktəbinin qüdrətli nümayəndəsi kimi”, Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri professor Astan Bayramov “Əbdürrəhim bəy Haqverdiyevin hekayələri”, “Çapar” aylıq tarixi jurnalının baş redaktoru Dilqəm Əhməd “Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Cümhuriyyəti dövründəki fəaliyyəti”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimləri Əli Rzayev, “Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində sosial-psixoloji problemlər”, Nemət İbayev “Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində milli özünüdərk məsələsi” mövzularında çıxış edərək Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılıq yolundan, “Molla Nəsrəddin”çilik fəaliyyətindən söz açdılar. Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçildiyini, onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutduğunu diqqətə çatdırdılar. Bildirdilər ki, yazıçısının tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanmış, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır. Natiqlər vurğuladılar ki, onun Azərbaycan ədəbiyyatına, tarixinə verdiyi töhfələr əvəzsizdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024