Təhsil (20-08-2019, 14:13)
BSU-da sənəd qəbulu yüksək səviyyədə gedir
2019/2020-ci tədris ilində Bakı Slavyan Universitetinin (BSU) bakalavrat pilləsinin I kursuna qəbul оlmuş abituriyentlərin sənəd qəbulu prosesi davam edir.
Bakı Slavyan Universitetində (BSU) sənəd qəbulu BSU-nun rektoru, professor Nurlana Əliyevanın 12 iyul 2019-cu il tarixli 105 saylı əmrinə əsasən təşkil olunmuş komissiya tərəfindən həyata keçirilir. Komissiyaya Tələbə və məzunlarla iş şöbəsinin müdiri, dosent Nəsib Cəbrayılov rəhbərlik edir. Qeyd edək ki, Nəsib müəllim tələbə və məzunlarla iş sahəsində çoxillik təcrübəyə malik pedaqoqlardandır.
O, bu il də tələbələrin Bakı Slavyan Universitetinə üstünlük verdiklərini, demək olar ki, bütün ixtisaslar üzrə yerlərin əksəriyyətinin tutulduğunu bildirir. Nəsib müəllim plan üzrə BSU-ya 1110 yer verildiyini və həmin yerlərin artıq 90 faizinin tutulduğunu qeyd edir.
O, sənəd qəbulu prosesinin bu il daha da təkmilləşdirildiyini, əvvəlki illərdən fərqli olaraq tələbə müqavilələrinin dərhal verildiyini bildirir. Komissiya sədri qeyd edir ki, əvvəllər müqavilələr sentyabr, bəzən oktyabr aylarında verildiyindən müəyyən çaşqınlıq yaranırdı. Tələbə öz üzərinə və universitetin üzərinə düşən öhdəliklərdən bixəbər olurdu. İndi isə tələbələr bütün məsələlər barədə qabaqcadan rəsmi şəkildə məlumat alırlar.
N. Cəbrayılov bildirir ki, qəbul prosesinin birinci mərhələsi avqustun 27-dək davam edəcək və həmin dövrədək əsas qəbulda iştirak edən tələbələr qeydiyyatdan keçəcəklər. O, bugünədək tələbələrin yarıdan çoxunun sənədlərini təqdim etdiklərini və əksəriyyəti ilə müqavilə bağlandığını bildirir.
BSU-da sənəd qəbulu prosesinin operativ şəkildə həyata keçirildiyini, heç bir problem yaradılmadığını tələbələr və valideynlər də qeyd edir.
196 saylı Suraxanı rayon orta məktəbini bitirmiş və BSU-nun “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul ounmuş Həcər Qurbanova komissiya üzvləri tərəfindən mehribanlıqla qarşılandığını, sənədlərinin dərhal yoxlanıldığını,
heç bir problem yaradılmadığını bildirir. Həcər Qurbanovanın Yasamal rayon 52 saylı orta məktəbdə müəllim işləyən atası İlqar Qurbanov da komissiya üzvlərindən razılıq edir.
Tələbə adını yenicə qazanmış və ingilis dili tərcqüməçiliyi ixtisasını seçmiş Həmid Məmmədov da komissiya üzvlərinin onlara qayğı və diqqətlə yanaşdığını qeyd edir. Daha bir valideyn - məcburi köçkün Vüqar Cümşüdov qızının öz arzusu ilə BSU-nu seçdiyini və seçimində yanılmadığını qeyd edir. O, qapıdan içəri daxil olan kimi burada əsl ziyalı mühiti ilə qarşılaşdığını vurğulayır. V.Cümşüdöv belə bir şərait yaratdığına görə universitet rəhbərliyinə və burada çallışan bütün insanlara minnətdarlığını bildirir.
Onu da qeyd edək ki, sənəd qəbulu prosesində komissiyası üzvləri ilə yanaşı, beş könüllü tələbə də çalışır.
BSU-nun Mətbuat Xidməti

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024