Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (24-05-2019, 17:58)
BSU-da şagirdlər üçün Açıq qapı günü keçirilib

 Mayın 23-də Bakı Slavyan Universitetində (BSU) paytaxt məktəbliləri üçün “Açıq qapı günləri” keçirilib. Tədbirdə BSU-nun əməkdaşlıq etdiyi Bakı şəhərinin 35, 44, 83, 132, 134, 164, 225 saylı tam orta məktəblərində, o cümlədən BSU nəzdində Məktəb-Lisey Kompleksində (MLK) təhsil alan yuxarı sinif şagirdləri və onların müəllimləri iştirak ediblər.
Tədbir çərçivəsində iştirakçılar əvvəlcə BSU əməkdaşlarının müşaiyəti ilə universitetdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzi, muzey, tədris və mədəniyyət mərkəzləri, Akt zalı, kafedralar və müasir avadanlıqlarla təmin olunmuş auditoriyalarla yaxından tanış olublar.
Sonra BSU tələbələri Akt zalında məktəblilər üçün hazırladıqları konsert proqramını təqdim ediblər.
Tədbir rəsmi hissə ilə davam edib. BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov çıxışında universitetdə tədris olunan ixtisaslardan, tədris prosesinin müasir təhsil sisteminə uyğunlaşması istiqamətində görülən işlərdən danışıb. BSU-da fəaliyyət göstərən Əlavə təhsil şöbəsi barədə iştirakçıları məlumatlandıran T.Cəfərov həmçinin bildirib ki, yeni tədris ilindən etibarən BSU-da Balkanşünaslıq, Almaniyaşünaslıq və Xəzər regionu ixtisasları da tədris olunacaq. BSU-nun paytaxt məktəbləri ilə yanaşı rayon, kənd məktəbləri ilə də əməkdaşlıq etdiyini deyən T.Cəfərov universitetin IV kurs tələbələrinin Cocuq Mərcanlı kənd məktəbində də pedaqoji təcrübə keçdiklərini diqqətə çatdırıb.
Sonra fakültə dekanlarının çıxışları dinlənilib. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev BSU-nun yaranma tarixi, beynəlxalq əlaqələri, fakültədə tədris olunan ixtisaslar, bakalavriat, magistratura, doktorantura pillələrində təhsil almaq imkanları barədə şagirdləri məlumatlandırıb.
Pedaqoji fakültənin dekanı Dilarə Hacıyeva çıxışında fakültədə tədris olunan təhsildə sosial-psixoloji xidmət və xarici dil (rus dili) müəllimliyi ixtisasları, fakültə nəzdində fəaliyyət göstərən kafedraların işi, son illər ərzində pedaqoji fakültəyə qəbul sayı haqqında ətraflı söz açıb. D.Hacıyeva bildirib ki, fakültənin IV kurs tələbələri məktəblərdə psixoloq kimi istehsalat təcrübəsində olub, fəaliyyətləri ilə məktəb direktorlarının və şagirdlərin rəğbətini qazanıblar.
Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı Gültəkin Əliyeva bildirib ki, fakültədə alman, rus, ingilis, fransız dilləri üzrə mütəxəssislər hazırlanır, xarici
pedaqoqların iştirakı ilə seminarlar və görüşlər keçirilir. G.Əliyeva çıxışında may ayında fakültənin təşkilatçılığı və Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Assossiyasiyasının dəstəyi ilə İsmayıllı rayonunun İvanovka kəndində keçirilən silsilə tədbirlər baradə danışıb.
Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev fakültədə tələbələrin perspektivi üçün yaradılan imkanlardan söz açaraq tələblərin pedaqoji və istehsalat təcrübəsi zamanı respublikanın qabaqcıl qurumlarında işlə təmin olunduqlarını diqqətə çatıdırıb.
Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova xarici tələbələrin BSU-ya qəbul prosesi və qəbul şərtləri barədə məlumat verib, onlar üçün universitetdə yaradılan şəraitdən danışıb. Sonra Ü.Məmmədova əcnəbi tələbələrin BSU barədə hazırladıqları video-çarxı təqdim edib.
Tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva çıxışında qeyd edib ki, fakültənin məqsədi müasir dövrün tələblərinə uyğun olaraq ictimai-siyasi, iqtisadi, elmi-texniki, ədəbi və mədəni mövzularda tərcümə fəaliyyətini həyata keçirəcək peşəkar mütəxəssislər hazırlamaqdır. O bildirib ki, Tərcümə fakültəsində Azərbaycan, rus, ingilis, polyak, çex, bolqar, yunan, Uukrayna dilləri üzrə yüksək ixtisaslı tərcüməçi kadrlar hazırlanır.
Tədbirin davamında Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov BSU tələbələri üçün yaradılan karyera imkanlarından söz açıb. Y.Alxasov çıxışında IV kurs tələbələrinin Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübə keçmələri ilə bağlı, o cümlədən BSU kollektivinin Cocuq Mərcanlı kəndinə səfərini əks etdirən video görüntüləri təqdim edib.
Qeyd edək ki, Açıq qapı günündə ümumilikdə 163 şagird iştirak edib.
BSU-nun Mətbuat Xidməti
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024