Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (15-05-2019, 17:39)
BSU-da Belarus Respublikasının Müstəqilliyinin 75 illiyinə həsr olunmuş tədbir keçirilib

 Mayın 15-də Bakı Slavyan Universitetində (BSU) Belarus dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Belarus Respublikasının Müstəqilliyinin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Böyük Vətən Müharibəsi zamanı Belarus xalqının müstəqillik uğrunda apardığı mübarizənin görüntülərini, o cümlədən faşizm üzərində ümumi Qələbənin qazanılmasında və Belarusun faşist işğalçılarından azad olunmasında Azərbaycan xalqının qəhrəman oğullarının göstərdiyi şücaətləri əks etdirən video-çarx nümayiş olunub.
Sonra tədbir iştirakçıları Bakıda 9 May Qələbə Günü münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın, o cümlədən Belarus Respublikasında keçirilən bayram tədbirində Prezident Aleksandr Lukaşenkonun müharibə veteranları ilə görüşündən görüntüləri izləyiblər.
Tədbirin davamında Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi ilə Bakı Slavyan Universiteti arasında tele-körpü yaradılıb.
Tele-körpüdə BSU tərəfdən müharibə veteranı Valentina Şevçenko, BDPU-nun qonağı müharibə veteranı Tamara Pavlova döyüş xatirələrini iştirakçılarla bölüşüb. BDPU tərəfdən iştirak edən Azərbaycanın Belarusdakı səfirliyinin nümayəndəsi Cavid İsayev, Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri Rövşən Əliyev, Baxşı Qəmbərov, BDPU-nun filologiya fakültəsinin dekanı, professor Vasiliy Denisoviç, Azərbaycan dili və mədəniyyəti mərkəzinin müdiri Şəfiqə Məmmədova tədbirlə bağlı müsbət fikirlərini bildiriblər. Sonra Belarusun Azərbaycandakı səfirliyinin nümayəndəsi İnessa Pavlovskaya, BSU-nun elmi işləri üzrə prorektoru, professor Rafiq Novruzov, Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Albina Seyidova Qələbə Günü və Belarusun Müstəqilliyinin 75 illiyi münasibətilə təbrik nitqi söyləyiblər.
Tele-körpü çərçivəsində Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini yad etmək məqsədi ilə BDPU-nun təşkil etdiyi "54-cü Ulduz yürüşü" adlı beynəlxalq tədbirdə iştirak edən BSU-nun tələbələri Fidan Əsgərovaya, Albina Qasımovaya, Gündüz Məmmədova və Vaqif Yəyhalıya diplom təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə BDPU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzində təhsil alan belaruslu tələbələr Azərbaycan dilində şeir və mahnılar səsləndiriblər. BSU tərəfdən isə 164 saylı orta məktəbin şagirdlərinin ifasında belarus dilində şeirlər, Azərbaycanın milli mahnıları ifa olunub.
BSU-nun Mətbuat Xidməti
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024