Təhsil (4-04-2019, 14:49)
BSU-da “Aprel döyüşləri qürur tariximizdir” adlı tədbir keçirilib
Bakı Slavyan Universitetində (BSU) Pedaqoji fakültənin və İbtidai təhsil kafedrasının təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş Auditoriya + keçirilib. Tədbirdə Qarabağ müharibəsi iştirakçısı, polis mayoru, Aida Şirinova, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, dosent İlhamə Qəsəbova, Pedaqoji fakültənin dekan müavinləri Nailə Xəndan, Zoya Cəbrayılova, İbtidai təhsil kafedrasının müdiri, dosent Aytəkin Axundova və kafedranın müəllimləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra giriş sözü ilə çıxış edən İbtidai təhsil kafedrasının dosenti Şüküfə Ağakişiyeva tədbirin tələbələri Aprel döyüşləri barədə maarifləndirmək məqsədi ilə keçirildiyini vurğulayıb.
Qarabağ müharibəsi iştirakçısı, polis mayoru, Aida Şirinova “Aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi" mövzusunda tələbələr qarşısında məruzə ilə çıxış edib. Aida Şirinova 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında baş vermiş hərbi müharibəni Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi adlandırıb. O bildirib ki, bu döyüş erməni əsgərlərini həm də psixoloji duruma salaraq Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, xalqın mübarizə ruhunu yenidən oyadıb, qələbə əzmini daha da gücləndirib.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, dosent İlhamə Qəsəbova “Dördgünlük müharibə-Aprel döyüşləri" mövzusunda çıxış edərək deyib: “Bu müharibə Azərbaycan ordusunun qüdrətini, yüksək döyüş hazırlığını bir daha sübut etdi. Cəmi dörd gün davam edən döyüş göstərdi ki, Ali Baş Komandanın bir əmri bəsdir ki, torpaqlarımızı düşməndən azad edək”. İ.Qəsəbova Azərbaycan qadınının müharibədə kişilərlə çiyin-çiyinə döyüşdüyünü bildirərək Kişi Tavadın, milli qəhrəmanlar Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın, döyüşçülər Qaratel Hacımahmudovanın, Vəfa Dəmirçioğlunun, Kəmalə Qəhrəmanovanın, Aida Şirinovanın keçdiyi döyüş yollarından danışıb. Qeyd edib ki, Aida Şirinova Azərbaycanın hərb tarixində ilk hərbçi qadındır ki, batalyon komandirinin müavini vəzifəsinə yüksəlmişdir.
BSU-nun İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədova çıxışında Aprel döyüşlərinin qürur tariximizin şanlı səhifəsi olduğunu vurğulayıb.
Tədbir diskussiya şəklində davam edib, Aida Şirinova tələbələri maraqlandıran sualları cavablandırıb.
Daha sonra Aida Şirinovanın döyüş yolunu əks etdirən film nümayiş edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024