Təhsil (2-04-2019, 17:48)
BSU tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçəcəklər
Bakı Slavyan Universitetinin (BSU) IV kursda təhsil alan bir qrup tələbəsi Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində könüllü olaraq Cəbrayıl rayonun Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanacaqlar.
BSU-nun Mətbuat Xidmətinin əməkdaşları təcrübədən əvvəl tələbələrlə görüşmüş və onların fikirlərini öyrəniblər. Tələbələrin təcrübə rəhbəri Rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim kimi dəyərləndirib. Öncəki illərdə dəfələrlə cəbhə bölgəsində yerləşən məktəblərdə BSU tələbələrinə rəhbərlik etdiyini bildirən Ə.Məmmədhəsənzadə deyib: “Mən əvvəllər də tələbələrimizlə birgə Ağdam və Cəbrayıl rayonlarında yerləşən orta məktəblərdə olmuşam. Həmin məktəblərin rəhbərlikləri, o cümlədən şagirdlər BSU tələbələrindən razı qalıblar. Budəfəki təcrübəmizdə inanıram ki, uğurlarımız daha çox olacaq. Xüsusi həssas bölgədə pedaqoji təcrübəyə rəhbərlik etməyimin səbəbini yalnız bir sözlə ifadə edə bilərəm- Vətən sevgisi!”
Görüş çərçivəsində Cocuq Mərcanlıya pedaqoji təcrübə keçmək üçün könüllü yolanan tələbələrin də fikirləri dinlənilib. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Samir Abdulov onun üçün Bakı məktəbləri ilə cəbhə bölgəsində yerləşən məktəblər arasında heç bir fərq olmadığını deyib:”Bütün Azərbaycan torpaqları bizimdir. Eyni vətəndən olan insanlar arasında bölgə fərqi qoymuram. Cocuq Mərcanlıda keçəcəyim təcrübəylə bağlı planlarım çoxdur. Əsas məqsədim orada yaşayan uşaqlarda gələcəyə inam yaratmaq, o cümlədən ictimai-sosial işlərdə fəal olmaqla bağlı onları maarifləndirməkdir. Yaxın gələcəkdə bütün işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, həmin ərazilərdə potensiallı gənclər üçün belə imkanlar yaradılacağına inanıram”.
Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Leyla Hacıyeva da öz təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb: “Mən əvvəlcə Bakı məktəblərindən birində pedaqoji təcrübə keçəcəyimi düşünürdüm. Təcrübə keçəcəyimiz məktəblərin siyahısı bizə təqdim olunanda Cocuq Mərcanlı kənd məktəbinin də siyahıya salındığını gördüm. Bu fürsəti dəyərləndirib qərarımı verdim. Hərbçi ailəsində doğulduğum üçün orada qarşılaşa biləcəyim hər bir çətinlikdən xəbərdaram. Cocuq Mərcanlı kənd məktəbində yaradılan şəraitlə bağlı universitet rəhbərliyindən dolğun məlumat aldım. Torpaqlarımızın Azərbaycan ordusu tərəfindən necə qorunduğu hər kəsə məlumdur. Buna görə də heç bir narahatlığım yoxdur. Əgər müəllimlik sənətinə həvəsin və sevgin varsa, insan üçün məkanın heç bir fərqi olmamalıdır. Bütün şagirdlər müəllim üçün eynidir,
müəllimin vəzifəsi şagirdlər arasında bərabərliyi təmin etməkdir. Vətənimizin gələcəyi naminə çalışmaq hər bir Azərbaycan vətəndaşının borcudur”.
BSU-nun SABAH qruplarının rus dili müəllimliyi üzrə təhsil alan IV kurs tələbəsi Zarema Tintinova pedaqoji təcrübəni cəbhə bölgəsində keçmək arzusunda olduğunu dilə gətirib: “Məqsədim öz biliyimi oradakı uşaqlarla bölüşmək, onların yaşayış tərzi ilə yaxından maraqlanmaqdır. Cocuq Mərcanlı sakinlərinin bizi layiqincə qarşılayacaqlarına inanıram. Çünki Azərbaycan xalqı qonaqpərvər xalqdır. Pedaqoji təcrübəmiz Aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsinə düşdüyü üçün həmin məktəbdə vətənpərvərlik mövzusunda bir sıra tədbirlər, şeir müsabiqələri keçirməyi planlaşdırırıq”.
Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Ülviyyə Mədətova isə Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməyin onun üçün qürurverici hal olduğunu deyib: “Azərbaycan torpağı olan Cocuq Mərcanlının işğaldan azad olunması, dövlətimiz tərəfindən bu kənddə yaradılan şərait göz qabağındadır. Atam Qarabağ müharibəsi veteranıdır. Uşaq vaxtlarımdan atamın cəbhə xatirələrini dinləməyim məndə bu arzunu formalaşdırıb. Mən fəxr edirəm ki, orada yaşayan fidan balalara qısa vaxt ərzində də olsa müəllimlik edə biləcəyəm”.
Pedaqoji fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Kamilə Abbasova digər tələbələrdən fərqli olaraq Cocuq Mərcanlı kənd məktəbində istehsalat təcrübəsi keçəcək. K.Abbasova bildirib ki, xüsusi həssas bölgədə yaşayan uşaqların psixoloji dəstəyə, motivasiyaya daha çox ehtiyacları var: “Məktəbdə oxuduğum vaxtlardan ən böyük arzum cəbhə bölgəsində yerləşən kəndlərdə müəllim kimi çalışmaq olub. Çünki mən də Cəbrayıl rayonunda doğulmuşam. Aprel döyüşlərində hərbidə çalışan qohumlarım, həmin il əsgərlikdə olan yaxınlarım iştirak ediblər. İstehsalat təcrübəmin Aprel döyüşləri ərəfəsinə düşməsi məni sevindirir. Bu şəraiti bizim üçün yaratdığına görə dövlətimizə və BSU rəhbərliyinə minnətdaram”.
BSU-nun Mətbuat Xidməti

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024