Təhsil (3-04-2019, 16:50)
BSU-da “Soyqırım: etnopsixoloji baxış” adlı tədbir keçirilib

Sonra söz kafedranın müəllimi Sevda Mansurovaya verilib. O, etnik münaqişələrin yaranma səbəbləri,etnik qruplararası konfliktlərin formaları və insan psixikasına vurduğu zərərlər haqqında iştirakçılara məlumat verib.
Kafedranın digər müəllimi Aygün Əliyeva Azərbaycan xalqının milli özünüdərk və milli şüurunun formalaşması tarixi barədə danışıb. O, gənclərin öz kimliklərini bilmələrinin, milli-tarixi köklərindən xəbərdar olmalarının zəruriliyini vurğulayıb.
Pedaqoji fakültənin təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Mədinə Hüseynova çıxışında dünyanın hazırda qaçqınlıq problemi ilə üz-üzə dayandığını vurğulayıb. O, qaçqınların yerləşdirilməsi, sosial təhlükəsizliklərinin təmin edilməsi və məşğulluq məsələlərinin həlli ilə bərabər, onların psixoloji yaşantıları və sarsıntılarının reablitasiyasının gündəmdə olduğunu deyib.
Pedaqoji fakültənin rus dili müəllimliyi ixtisasında təhsil alan Xanım Məmmədova Quba məzarlığından, onun tarixindən və orada gördüklərindən söhbət açıb.
Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov çıxış üçün söz alaraq Azərbaycana qarşı düşmən qüvvələrin zaman –zaman
apardığı işğalçılıq siyasəti, törətdiyi cinayətlər və xalqımızın qəhrəmanlıqları barədə danışıb, gənclərə öz tövsiyələrini verib.
Sonra həmin kafedranın müəllimləri Ərzuman Əmirov, Əli Rüstəmov soyqırımı haqqında konkret faktlar səsləndiriblər. Onlar da Azərbaycan gənclərini ayıq olmağa, elm və biliyə yiyələnməklə xalqımızı dünyada tanıtmağa çağırıblar.
BSU-nun Mətbuat Xidməti

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025