Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (21-12-2018, 14:53)
BSU da Azərbaycanın neft siyasəti mövzusubnda seminar olub

Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının təşkilatçılığı ilə “Azərbaycanın enerji siyasəti” mövzusunda seminar keçirilib. Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq enerji siyasətinin bugünkü dünyada həlledici faktorlar sırasında olduğunu bildirib. O, Azərbaycanın enerji siyasətinin düzgün qurulmasının dövlət müstəqilliyinin taleyində önəmli rol oynadığını deyib. R.Novruzov sonra sözü adıçəkilən kafedranın müəllimi Aygün Əliyevaya verib. A.Əliyeva müstəqillik dövründə Azərbaycanın neft və qaz strategiyası barədə geniş məruzə ilə çıxış edib. O, 1990-cı illərin əvvəllərində ölkədə baş verən qarşıdurmalar üzündən enerji, Azərbaycan neftinin və qazının dünya bazarına çıxarılması sahəsində ciddi problemlər yaşandığını bildirib. Məruzəçi yalnız Ümummilli Lider Heydər Əliyevin xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlandığını, ölkənin beynəlxalq aləmlə münasibətlərinin qaydaya düşdüyünü, enerji sahəsində dövlətin müstəqil siyasətinin formalaşdığını qeyd edib. O, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin ərsəyə gəlməsinə yol açdığını diqqətə çatdırıb. A.Əliyeva "Əsrin müqaviləsi"inin həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olduğunu deyib. A.Əliyeva həmçinin “Əsrin müqaviləsi”nin Azərbaycanı dünyaya çıxardığını, ölkəyə investisiya axınına şərait yaratdığını nəzərə çatdırıb. O, əlavə edib ki, beynəlxalq neft sazişlərinin imzalanması neft sazişlərində iştirak edən şirkətlərin dövlətləri ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yaradıb. Məruzəçi bu gün Azərbaycanın regionun lider dövləti olmasında bünövrəsi Ümummilli Lider tərəfindən qoyulmuş enerji siyasətinin son dərəcə böyük rol oynadığını bir daha qeyd edib.
Sonra məruzə ətrafında Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov və digərləri çıxış edib.
Seminarda iştirak edən tələbələrlə müəllimlər arasında mövzu ilə bağlı diskussiyalar olub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024