Təhsil (8-11-2018, 18:49)
BSU-nun professoru XII Beynəlxalq Assambleyada iştirak edib

Forumun plenar və diskussiya yığıncaqlarında rus mədəniyyətinin dünyadakı yeri, əhəmiyyəti, Rusiyanın mədəni-tarixi irsinin saxlanması, onun genişlənməsi, rus dilinin populyarlaşdırılması və digər məsələlər geniş müzakirə olunub. Qeyd edək ki, Assambleyada “Rus dünyası” Fondunun təşkilatçılığı ilə keçirilmiş “Cо –творение”, “Корресподент Русского мира”, “Школа реальной Журналистики ” müsabiqəsinə yekun vurulub və qaliblər mükafatlandırılıb.
Tədbir müxtəlif bölmə və strukturlarda davam edib. Assambleyanın işində Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov da iştirak edib. O, assambleya çərçivəsində keçirilən Rus dünyasında ənənəvi dinlər və mədəniyyətlərin dialoqu dəyirmi masasında hazırki beynəlxalq münasibətlər barədə çıxış edib. Azərbaycanlı alim öz məruzəsində mədəni və dini dəyərlərin insanlar arasında uçurum deyil, körpü rolu oynadığını, onları bir-biri ilə yaxınlaşdırdığını bildirib. O, dünyadakı milli-etnik problemləri klassik Azərbaycan ədəbiyyatı fonunda interpretasiya edərək, xalqımızın bu gün də həmin dəyərlərə sadiq qaldığını, Azərbaycanın multikulturalizm siyasətinin müasir dünya üçün bir örnək olduğunu vurğulayıb. R.Novruzov öz çıxışında respublikamızda Ümummilli Lider H.Əliyev tərəfindən yürüdülən azərbaycançılıq ideologiyasının humanist prinsiplərinin əsasında islam dəyərlərinin dayandığını bildirib. Professor dünyanın bəzi öləkələrində islama ekstermist mövqedən yanaşıldığını bildirərək bunun heç bir əsasının olmadığını elmi dəlillərlə sübut edib. Həmyerlimizin çıxışı müxtəlif ölkələrdən gəlmiş nümayəndələr tərəfindən maralqla dinlənilib və yekun olaraq qəbul edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025
17 04 2025