Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-02-2018, 21:38)
BSU-da Xocalı faciəsi anılıb

 BSU-da Xocalı faciəsi anılıb

 

Fevralın 26-da Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərsimi keçirilib.Mərasim Xocalı soyqırımında həyatını itirən soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla  yad  edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru,  professor Nurlana Əliyeva faciə qurbanlarının xatirəsini dərin hüznlə xatırlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımından 26 il ötdüyünü qeyd edib.  N.Əliyeva beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan bu terror aktının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, Azərbaycanın 20 faiz torpağının işğal edilməsini, insanların öldürülməsini, tarixi abidələrin məhv edilməsini dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycan  vətəndaşının borcudur. Vətənpərvər ruhda böyüyən müasir Azərbaycan gənclərinin hər an döyüşə hazır olduqlarını vurğulayan  N.Əliyeva 2016-cı ilin Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətin bunun bariz nümunəsi olduğunu qeyd edib. O, ölkə daxilində, o cümlədən ölkədən kənarda Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən, təşkil olunan aksiya və tədbirlərdən söz açaraq həmvətənlərimizin Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq idealogiyasını rəhbər tutaraq dövlət siyasətinə dəstək olduqlarını bildirib. Yaxın zamanda torpaqlarımızın düşmən tapdağından azad olunacağını əminliklə vurğulayan Nurlana Əliyeva gəncləri düşməndən qisas almaq üçün hər an hazır olmağa səsləyib.

       Sonra söz alan Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor  Habil Məmmədov qeyd edib ki, tarix boyu Azərbaycan xalqına qarşı qəsbkar siyasət yeridən ermənilərin Xocalıda törətdiyi kütləvi insan qırğını, ağlasığmaz qəddarlıq və işgəncələr birmənalı genosid faktıdır, erməni vəhşiliyinin sübutudur. H.Məmmədov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atıldığını deyib. O bildirib ki, hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov  çıxışında azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı barədə bir sıra tarixi faktlardan söz açıb. O deyib ki, Xocalı həqiqətləri dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır. Sadir Məmmədov Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının əsl mahiyyətini açıqladığını, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

         Xocalı şəhər Polis bölməsinin rəis müavini, polis polkovnik leytenantı Hafiz Ədilov fevralın 25-dən 26-na keçən gecə dinc, əliyalın əhaliyə qarşı törədilən qətliamı bir daha ürək ağrısı ilə yada salaraq həmin tarixdən 26 il  keçməsinə baxmayaraq Azərbaycanın bu qanlı hadisəni unutmadığını, xalqımızın qəlbində erməni vandalizminə qarşı nifrətin getdikcə daha da artdığını söyləyib.

    Sonra BSU-nun II kurs magistrantı Könül Əlizadə “Soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlər”, II kurs magistrant Natiq Nəsirov “Xocalı bizim yaddaşımızdır”, I kurs magistrant Röya Hüseynova “26 ildir həsrətini çəkdiyimiz Xocalının bu günü” adlı məruzə ilə çıxış ediblər.

Tədbir BSU-nun Magistratura Şurasının hazırladığı bədii hissə ilə davam edib. Bədii hissədə Xocalı faciəsinə dair video-çarx nümayiş olunub. Magistrantlar şəhidlərə həsr olunmuş şeirlər səsləndirib, bədii kompazisiya təqdim ediblər.

BSU-da Xocalı faciəsi anılıb
BSU-da Xocalı faciəsi anılıbBSU-nun Mətbuat xidməti

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024