Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (24-02-2015, 21:40)
Xocalı soyqırımı Şuşa Humanitar Kollecində anıldı - FOTO

Könül Hüseynova: “Xocalı faciəsi XX əsrdə dünyanın ən dəhşətli, ən ağır qətliamlarındandır”

Dünən Şuşa Humanitar Kollecində Xocalı faciəsi ilə bağlı tədbir keçirilib.

“Həftə içi”nin məlumatına görə, kollecin direktoru Rəsul İsmayılov tədbirdəki çıxışında Xocalı soyqırımını “Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri” kimi dəyərləndirib. Onun sözlərinə görə, xalqımız son 150 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb: “XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Keçən əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi”.

Şuşa Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynova isə deyib ki, əsrlər boyu Azərbaycan xalqı öz tarixində şanlı, vüqarlı qəhrəmanlıq səhifələri yaratmaqla yanaşı acı, faciəvi hadisələrlə də üzləşib. Onun sözlərinə görə, 1992-ci ilin fevral ayının 26-da baş verən Xocalı soyqırımı da məhz bu dəhşətli faciələrdən biridir. Xocalı faciəsi XX əsrdə dünyanın ən dəhşətli, ən ağır qətliamlarındandır. Dünyada bəlkə də Xocalı faciəsi kimi ikinci bir qətliam olmayıb. Xocalı qətliamı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbi birləşmələri tərəfindən dinc Xocalı sakinlərinin vəhşicəsinə öldürülməsidir. Tarixçilər və dünya siyasətçiləri və alimləri tərəfindən bu faciəni bəşəriyyətin ən böyük və qəddar qətliamı kimi qiymətləndirilir”.

Xocalı hadisələrinin canlı şahidi olmuş, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova isə gördüyü hasdisələrdən, erməni vəhşiliklərindən, xocalıların başına açdıqları müsibətlərdən ürək ağrısı ilə danışıb. O deyib ki, qardaşı Füzuli Rüstəmov qətliam günü soyqırıma məruz qalan Xocalı camaatının xilas edilməsində qəhrəmanlıq göstərərək şəhid olub.

Şuşa Daqlıq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov bildirdi ki, bir qarış torpaq da olsun erməni işğalı altında qalmayacaq. Onun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nəinki Xocalı, ümumiyyətlə, işğal altında qalmış bütün torpaqlarımız yağı-düşmən tapdağından tezliklə azad ediləcək və hər bir məcburi köçkün öz doğma torpaqlarına. İsti ocaqlarına dönəcəklər”.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin müavini Vüsalə Fətəliyeva, YAP şuşa təşkilatının sədri, Şuşa Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev də iştirak edib. Anım mərasimində kollecin tələbələri Xocalıya həsr olunmuş şeirlər söyləyiblər. Ədəbi-bədii hissədən sonra Xocalı soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir kollecin direktor müavini Könül Hüseynovanın tələbələrlə birlikdə hazırladığı ədəbi bədii kompozisiya ilə başa çatıb.

Qələndər Xaçınçaylı

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024