Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (26-01-2018, 15:17)
ADAU-DA FERMERLƏRİN SEMİNARI DAVAM EDİR

ADAU-DA FERMERLƏRİN SEMİNARI DAVAM EDİR

 

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində növbəti elmi-praktk seminar keçirilib. Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə “Bağçılığın aktual problemləri” mövzusunda keçirilən seminarda respublikanın meyvəçiliklə məşğul olan fermerləri, torpaq mülkiyyətçiləri və iş adamları iştirak edib.

Məlumat üçün bildirək ki, bağçılıq əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclardan qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli və əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycanda isə bağçılığın qədim tarixi kökləri var. 

          ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Samux, Goranboy, Tərtər, Bərdə,  Ağdam, Şəmkir, Tovuz və Göygöl rayonlarından olan torpaq mülkiyyətçilərinin, fermer və sahibkarların iştirak etdiyi elmi-praktik seminarda təhsil müəssisəsinin alimləri  müxtəlif mövzularda məruzələr söyləyiblər. Əvvəlcə Universitetinin rektoru AMEA-nın müxbir üzvü,  professor İbrahim Cəfərov seminar iştirakçılarına ümumi məlumat verib, mövcud problemlərin həlli və daha yüksək məhsuldarlığa nail olmaq üçün belə görüşlərin əhəmiyyətindən danışıb. Sonra mövzu ilə əlaqədar məruzələr səslənib. Bağçılıq kafedrasının professoru Zaur Həsənovun Meyvəçilikdə mövcud problemlər və onların həlli yolları, həmin kafedranın müdiri, dosent Hüseyn İdrisovun Meyvə bağlarında aqrotexniki tədbirlərin təqvimi, Bitkiçilik və bitki  mühafizəsi kafedrasının  dosenti Nəzakət İsmayılzadənin, həmin kafedranın dosenti Aytəkin Məmmədovanın  Meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə üsulları, Menecment və aqrar marketinq kafedrasının baş müəllimi Anar Həsənovun Meyvə məhsulunun istehsalı və satışının təşkili mövzularında məruzələri dinlənilib.

Seminarın sonunda ADAU-nun alimləri fermerlərin unlu şeh, meyvə çürüməsi, qara xərçəng, bakterial xərçəngsitosporoz,  zərəvericilərdən Kaliforniya yastıcası, şərq meyvə gənəsi, alma meyvəyeyəni, alma çiçəkyeyənialma güvəsi, cırtdan minalayıcı güvəsi barədə verdikləri sualları cavablandırıb.

 

t


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024