Təhsil (Bu gün, 13:35)
Müdir müavini vəzifəsindən çıxdı, baş mütəxəssis təyin olundu
Kəngərlidə 64 yaşlı müəllimin məktəbdə amansızca döyüldüyü, daha sonra işdən qovulduğu bildirilir. Hadisə rayonun Yurdçu kənd orta məktəbində baş verib və yaşlı qadını döyənlər də elə müəllim yoldaşları olub.Zərəçəkən müəllim Ofelya Səfərova „Gündəlik Naxçıvan“a bildirib ki, həmkarları onu bir ay ərzində iki dəfə döyüb, xəstəxanalıq ediblər.
O deyir ki, ilk hadisə zamanı həkim rəyində onun döyüldüyü təsdiqlənsə də, sonradan dəyişdirilib və məhkəməyə saxta rəy göndərilib.
İkinci döyülməsində isə, bədnində açıq xəsarət izləri olsa da, rayon xəstaxanında ona yalnız “yüksək təzyiq” diaqnozu qoyulub.
Hər iki hadisədən sonra Ofelya Səfərova polisə müraciət etsə də, onun şikayətləri rədd edilib.
Əvəzində isə, məktəbin İctimai Şurası 41 nömrəli protokolla 40 illik pedagoji stajı olan Ofelya Səfərovanı günahkar çıxarıb, yerli Təhsil Nazirliyi isə, cəza olaraq onu ucqar yerə- Şahbuz rayon Biçənək kənd məktəbinə göndərib. Kəngərli rayon Məhkəməsi isə, onu 400 manat cərimələyib.
Ofelya Səfərova deyir ki, ilk döyülməsi bu ilin aprelin 25-də baş verib:
“Özüm Qarabağlar kəndində yaşayıram, qonşu kənd Yurdçuda Azərbacan dilindən dərs deyirəm. Başqa kənddən olduğum üçün mənə ayrıseçkilik qoyulurdu. Məni işdən çıxarıb, yerimə başqasını götürmək istəyirdilər. Öz xoşumla çıxmadığımı görüb, təxribata əl atdılar.
Həmin gün dərs dediyim vaxt öyrədilmiş şagirdlər yüksək səslə məni təhqir etməyə başladılar. Daha sonra ingilis dili müəllimi Cavid Rüstəmov icazəsiz sinifə girdi. Ona sinifdən çıxmağı bildirəndə, mənə hücum etdi. Öncə şiddətli yumruq zərbələri ilə məni, 64 yaşlı qadını şagirdlərim qarşısında döydü. Sonra saçımdan tutub, yerə yıxdı, koridorda məni sürüdü. Direktorun otağına qaçıb, polis çağırmasını istədim, məni qovdu. Məni rayon Mərkəzi Xəstəxanasına apardılar, sonra polis çağırdım, həkimlər döyülməni təsdiqlədi. Bundan sonra yerli Təhsil Şöbəsi xəstəxanaya təzyiq etdi, ekspertiza rəyi dəyişdirildi. Polis də buna əsaslanıb, araşdırma başlamadı.“
Hadisəni ört-basdır etmək üçün elə həmin gün məktəbdə rayon Təlhis Şöbəsinin nümayəndəsi Fərqanə Coşqunun iştirakı ilə İctimai Şuranın iclası keçirilir. Ofelya Səfərova deyir ki, iclasda özü iştirak etmədiyindən onun özünü müdafiə hüququ pozulub.
Müəllim deyir ki, saxta şahidlərin iştirakı ilə keçirilən iclasda guya onun şagirləri döyməsi ilə bağlı qərar çıxarılır, ona şiddətli töhmət verilir, haqqında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə iş açılması üçün məhkəməyə müraciət olunur. Kəngərli rayon Məhkəməsi 20.06.2025-ci il qərarı ilə onu təqsirli sayıb, 400 manat cərimələyib.
Lakin, Naxçıvan Ali Məhkəməsi 24.07.2025-ci il qərarı ilə rayon məhkəməsinin bu qərarını ləğv edir. Qərarın ləğvinə səbəb, Ofelya Səfərovanın şagirdləri döyməsi faktının ekspertiza ilə təsdiq olunmadığı göstərilir.
Bu arada rayon məhkəməsinin qərarından həvəslənən məktəb, ona qarşı daha bir fiziki zorakılıq törədir. Ofelya Səfərova deyir ki, bu dəfə, mayın 25-də onu riyaziyyat müəllimi Fatma Atayeva döyür:
“Durduq yerdə üstümə hücum edib, saçlarımdan yoldu, yerə yıxı. Bir dəstə saçım onun əlinə gəldi. Ağrıdan yerdə qıvrılırdım. Təcili tibbi yardım çağırıb, xəstəxanaya aprdılar. Həkimlər qorxudan xəsarətləri gizlədib, mənə stresdən yaranan yüksək təzyiq dioqnozu qoydular. Polis yenə onların tərəfini saxladı.”
Bu hadisədən sonra da məktəb təcili yığıncaq keçirib, Ofelya Səfərovanın şagirdlərlə qeyri-etik davranışını əsas gətirərərək, onu cəzalandırıb. Müəllim deyir ki, saxta şahidlərin ifadəsi əsasında məktəbin psixoloji şurasının 21 nömrəli qərarına əsasən ona şiddətli töhmət verilib. Bu yığıncaqda da onun özü iştirak etməyib.
Ofelya Səfərova deyir ki, qarşılaşdığı haqsızlıqlarla bağlı Ali Məclisə, yerli Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsə də, nəticə olmayıb. Əksinə, bu şikayətlərdən sonra ona təzyiqlər artıb. Yerli Təhsil Nazirliyi cəza olaraq, onu ucqar kəndlərin birinə dərs deməyə göndərib:
“64 yaşımda sürgünə göndərdilər məni. Hər gün 10 kilometrlərlə yol qət edib, işə getməli oluram. Biçənək kəndinə avtobus gündə bir dəfə işlədiyindən, yolun yarısını taksi ilə gedib-gəlməli oluram. 5-6 yüz manat maaş alıram, onun 300 manat yola gedir. Tək yaşayıram özüm, baxanım yoxdur. Məcburam işə gedəm.”
Ofelya Səfərova aidiyyəti qurumlara müraciət edərək, onu döyənlərin cəzalandırılmasını xahiş edir:
“Xüsusilə ölkə başçısına üz tuturam. 64 yaşlı qadını döymək hansı əxlaqa, hansı milli mentalitetə sığır. Bu dərəcədə haqsızlığı Allah da götürməz. Xahiş edirəm ki, bu hadisələr yenidən obyektiv araşdırılsın, günahkarlar cəzalandırılsın, məni əvvəlki işimə bərpa etsinlər.”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025
5 11 2025



























