Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 10:27)
GDU nəzdində Regional Kollecdə Qazi ailələrinə qarşı haqsızlıq İDDİAsı – Müəllimlər Xoşqədəm Xudiyevadan Şikayətçidirlər

  Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə çalışan bir qrup müəllim rəhbərlik tərəfindən haqsızlığa məruz qaldıqlarını bildirirlər.

Bakunews.az-a müraciət edən musiqi müəllimələri Məmmədova Leyla və Əhmədova Ceyran kollecin direktoru Xoşqədəm Xudiyevanın onlara qarşı ayrı-seçkilik etdiyini və qazı ailəsi olduqları halda qanunla nəzərdə tutulan imtiyazlardan məhrum edildiklərini iddia ediblər.


Müəllimələrin sözlərinə görə, hər iki ailə ölkəmizin Qarabağ uğrunda apardığı müharibələrdə xidmət göstərib:

“Ceyran müəllimənin yoldaşı I Qarabağ müharibəsi veteranı olub, təəssüf ki, artıq dünyasını dəyişib. Mənim yoldaşım isə II Qarabağ müharibəsi iştirakçısı və qazidir, hazırda Laçında xidmət edir. Biz dövlətin imtiyaz verdiyi qazi və hərbçi ailələriyik. Lakin Xoşqədəm Xudiyeva nə dövlətin siyasətini, nə də Konstitusiyanı nəzərə alır.”

Şikayətçilərin iddiasına görə, rəhbərlik dərs saatlarını ədalətsiz şəkildə bölüşdürərək onlara qarşı ayrı-seçkilik edib.

“Sentyabr ayında dərs bölgüsü aparılanda biz Xoşqədəm Xudiyevanın qəbuluna gedərək dərsimizin bərpa edilməsini xahiş etdik. Bildirdik ki, imtiyazlı ailəyik və qanuna əsasən bu məsələdə üstünlük verilməlidir. Lakin Xudiyeva kobud şəkildə cavab verdi: ‘Sənin yoldaşın işləyir, qazanır’. Bu sözlər həm qazilərə, həm də dövlətin prinsiplərinə hörmətsizlikdir.”

Leyla müəllimə həmçinin analıq məzuniyyətində olduğu üçün dərs saatının azaldılmasının qanunsuz olduğunu qeyd edib:

“Əmək Məcəlləsinə əsasən analıq məzuniyyətində olan müəllimin dərs saatı kəsilə bilməz. Mən noyabrda işə qayıtmalı idim, amma rəhbərlik bəhanələrlə saatımı yarım ştat kimi göstərib. Qanun açıq şəkildə deyir ki, analıq məzuniyyətindən qayıdan müəllimin dərs saatı bərpa olunmalıdır.”
 Müəllimələr həmçinin bildiriblər ki, direktorun yaxın əməkdaşları Tərlan Qayıbov və Sevda Qarayevanın dəstəyi ilə onlara qarşı psixoloji təzyiq göstərilir:

“Kollecdə elə bir mühit yaradılıb ki, müəllimlər qorxu içindədir. Kim etiraz edirsə, dərhal təhdid və işdən çıxarma ilə üzləşir. Bizim kimi qazı ailələrinə qarşı belə münasibət yolverilməzdir.”

Şikayətdə Xoşqədəm Xudiyevanın Zəfər Günü münasibətilə sosial mediada paylaşım etməsinə də etiraz edilib:

“Zəfər Günündə Xudiyeva özünü və tədbirlərini reklam edir. Halbuki həmin zəfəri qazandıran qazilərin ailələrinə haqsızlıq edir, onların dərs saatını kəsir. Bu, həm mənəvi, həm də hüquqi baxımdan yolverilməzdir.”

Müəllimələr bildiriblər ki, məsələ ilə bağlı artıq Prezident Administrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Nazirə və Elm və Təhsil Nazirliyinə rəsmi şikayət ərizəsi göndəriblər:

“Biz dövlətə inanırıq. Ümid edirik ki, bu haqsızlığa göz yumulmayacaq və Regional Kollecdəki özbaşınlığa son veriləcək.”

Bakunews.az məsələ ilə bağlı Regional Kollecin direktoru Xoşqədəm Xudiyevanın da mövqeyini öyrənməyə çalışır. Lakin qedy edilən məsələlərlə bağlı dəfələrlə Xoşqədəm Xudiyevanın açıqlamasını almaq istəsəkdə kollecdə baş verən məsələlərlə bağlı açıqlama verməkdən imtina edib. Buna baxmayaraq yenədə Xoşqədəm Xudiyevanın söz haqqı tərəfimizdən qorunmaqdadrı.

Bakunews.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025