Siyasət (Bu gün, 20:54)
Bakıdakı parada Ermənistan və Avropadan qəribə reaksiya...
Bakıda keçirilən hərbi parada Türkiyə və Pakistan ən yüksək səviyyədə qatıldı. Birləşmiş Ərəb Əmirliklərindən də yüksək rütbəli qonağımız iştirak edirdi. Əsas sual isə budur: bu paradın dünyaya verdiyi mesaj nə idi?Axar.az xəbər verir ki, bu suala Avropada yaşayan jurnalist Elbəyi Həsənli cavab tapmağa çalışıb.
Onun fikrincə, parad Azərbaycan, Türkiyə və Pakistan arasında mövcud olan hərbi-siyasi həmrəyliyin növbəti dəfə güclü şəkildə bütün dünyaya nümayiş etdirilməsi idi:
“O göstərdi ki, Azərbaycan təcrid olunmuş və ya tək qalan bir dövlət deyil. Azərbaycanın yanında dayanmağa hazır olan güclü müttəfiqləri var.
Bu parad həm də Azərbaycanın Cənubi Qafqazda dominant ölkə statusunu faktiki olaraq təsdiqlədi və ona qarşı yönəlmiş istənilən təhdidə qarşı ciddi bir sədd mesajı verdi.
Cənab Ərdoğanın Qarabağın azadlığını “bütün türk dünyası üçün qürur mənbəyi” adlandırması bu qələbənin Türkistan coğrafiyası üçün də strateji və mənəvi əhəmiyyət daşıdığını göstərir.
Cənab Şərifin Pakistanın Azərbaycanla “çiyin-çiyinə” dayandığını vurğulaması isə üç dövlət arasında mövcud olan hərbi və siyasi birliyin dərinliyini ortaya qoyur.
Ermənistanda parad necə qiymətləndirildi? Fransanın “Le Monde” nəşri yazır ki, Ermənistanın reaksiyası daha çox müdafiə xarakterlidir. Parad və çıxışlar İrəvanda təkcə anım mərasimi kimi deyil, həm də Ermənistanın məğlubiyyətini və Azərbaycanın ondan irəli sürdüyü tələbləri (məsələn, konstitusiya dəyişiklikləri) xatırladan bir mesaj kimi dəyərləndirilib”.
Onun sözlərinə görə, bu parad eyni zamanda Rusiyanın və İranın Cənubi Qafqaza təsir imkanlarının nəzərəçarpacaq dərəcədə zəiflədiyini də göstərir:
“Qərb mediasında isə belə bir sual tez-tez vurğulanır: hərbi baxımdan Ermənistandan qat-qat güclü olan Azərbaycan bu üstünlüyü yeni hərbi əməliyyatlara çevirməyə cəhd edə bilərmi? Hazırda Qərb diplomatları məhz bu sual ətrafında ciddi şəkildə düşünürlər.
Aydın olan odur ki, Azərbaycanın nümayiş etdirdiyi hərbi güc Ermənistandakı revanşist dairələrə ciddi xəbərdarlıqdır. Ümumilikdə erməni cəmiyyəti anlamalıdır ki, növbəti seçkilərdə Paşinyan deyil, revanşist qüvvələr hakimiyyətə gələrsə, bölgədə yeni müharibə qaçılmaz olacaq. Yəni “dəmir yumruq” yerindədir...
Hindistan–Pakistan müharibəsi bütün dünyaya göstərdi ki, Türkiyə və Azərbaycan qətiyyətlə rəsmi İslamabadın yanında durdu və bu, Hindistanın geri çəkilməsinə səbəb oldu. Bu fakt da sübut edir ki, Türkiyə–Azərbaycan–Pakistan dostluğu tarixin sınaqlarından üzüağ çıxıb. Heç kəs bu ittifaqı yenidən sınamağa cəhd etməsin; edənlər peşman olar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025

























