Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 18:19)
“Qarabağın azad edilməsi türk dünyası üçün böyük qürur mənbəyidir”

 Bu gün Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirlə bağlı paylaşım edib. 
Mediatv.az xəbər verir ki, sosial şəbəkə hesabında etdiyi paylaşımda qardaş ölkənin dövlət başçısı Qarabağın azad edilməsinin təkcə Azərbaycan üçün deyil, həm də türk dünyası üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb:
“Azərbaycan ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan türk dünyası üçün şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə həkk olunub.
Bu gün burada Azərbaycan əsgərləri Türkiyədən gələn əsgər yoldaşları ilə çiyin-çiyinə, yan-yanadır.Əsgərlərimizə baxdıqca “iki dövlət, bir millət” şüarının nə demək olduğunu hamımız görürük.

Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində ucalan azadlıq bayrağı Qarabağın dörd bir yanına şanla, şərəflə və qürurla dalğalanır.

İlham qardaşımın müdrik rəhbərliyi altında Azərbaycan ordusu Qarabağı işğaldan azad etdi və qəlblərimizdəki 30 illik bir alovu söndürdü.

Allaha həmd olsun ki, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında sülh var, inkişaf var, firavanlıq var, rifah var və azadlıq var. İnşallah bu sülh və etimad mühiti daha da güclənməkdə davam edəcək”, - paylaşımda qeyd  olunub.

  
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025