Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (6-12-2023, 13:52)
Alimlərimiz ən azı bir beynəlxalq dil bilməlidir

 



  • Müsahibimiz M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının baş müəllimi, Dövlət İmtahan Mərkəzinin eksperti Leyla İbrahim qızı Quliyevadır
  • Leyla xanım, siz respublikamızda ingilis dilinin tədrisi üzrə təcrübəli mütəxəssislərdən hesab olunursunuz. Özünüz də “Müasir ingilis ədəbiyyatşünaslığında böyük Azərbaycan şairi Nizami Gəncəvinin tədqiqi” mövzusunu araşdırmısınız.  Yəni həm ingilis dili üzrə tanınmış pedaqoq, həm də tədqiqatçısınız... Necə fikirləşirsiniz, xarici dil elm adamlarımız üçün  vacibdirmi?
  • Bəli. Əvvəla onu deyim ki, bu gün xalqlar, ölkələr arasında inteqrasiya prosesləriəvvəlki dövrlərlə müqayisədə daha da güclənmiş, iqtisadi, siyasi, mədəni sahədə biliklərin, təcrübələrin, innovasiyaların mübadiləsi genişlənmiş, elmin beynəlmilləlləşməsi prosesi davamlı şəkil almışdır. Regionun qüdrətli dövləti olan Azərbaycan Respublikası müasir və mütərəqqi dünyanın üzvi bir hissəsinə çevrilib. Təbii ki, qeyd etdiyim proseslər bizdən xarici dillərin öyrənilməsinə diqqəti artırmağı tələb edir. Xüsusilə də, elm sahəsində xarici dil bilgisinə ehtiyac daha artıqdır. Bu, bir tərəfdən elmimizin dünyada təbliği üçün, digər tərəfdən dünyadakı elmi yenilikdən xəbərdar olmaq, ən azı beynəlxalq dillərdəki elmi mənbələrdən istifadə etmək, lazım gələrsə polemikalarda fikir bildirmək üçün lazımdır. Məlumdur ki, təbiət, texniki, dəqiq elmlər üçün sərhəd yoxdur, onlur ümumbəşəri məzmun daşıyır, fizik, riyaziyyatçı, kimyaçı, bioloq, həkim və s. dünyada qeyd olunan sahələrdəki ciddi tədqiqatlardan xəbərsiz halda nə iş görə bilər? Yaxud tibb sahəsində baş verən davamlı yeniliklərdən xəbərsiz həkim hansı yüksək nəticədən danışa bilər? Təbii ki, mümkün deyil. Həmin yenilikləri izləmək üçün ən azı hansısa bir beynəlxalq dili bilmək lazımdır. Humanitar, sosial elm sahələrində də belədir. Bu sahədə biz xüsusilə ayıq olmalıyıq, görək bizim tariximiz, mədəniyyətimiz, elmimiz haqqında kim harada nə yazır. Lazım olanda yazılanlara cavab verək. Məsələn, Nizaminin milli mənsubiyyəti ilə bağlı tez-tez Qərbin ayrı-ayrı elmi toplularında qərəzli yazılara yer verilir. Ən azı alimlərimiz həmin yazıları oxumalı və onlara beynəlxalq dildə cavab verməlidirlər. Ədalət naminə deyim ki, cavab verirlər, amma həmin cavabların çoxu tərcüməçi vasitəsi ilə həyata keçirildiyindən təhriflər də olur. Çünki tərcüməçi həmin sahə üzrə mütəxəssis deyil, onun mütəxəssis olmadığı sahədə dəqiq tərcümə çətindir.
  • Siz özünüz də Nizaminin ingilis ədəbiyyatşünaslığında tədqiqi ilə məşğul olmusunuz. Bu tədqiqatı aparmağa yəqin ki, sizə dil bilginiz imkan verib?
  • -Bəli. Mən həmişə Nizami Gəncəvi irsinə maraq göstərmişəm. Bu mövzunu götürməyimə də həmin maraq səbəb olub. Bildiyiniz kimi, Nizami Gəncəvi ingilis ədəbiyyatşünaslığının daim diqqət mərkəzində olub. Mən müasir dövr ingilis ədəbiyyatında Nizami mövzusunu araşdırarkən həmin diqqətin bir daha şahidi oldum. İngilis alimləri Kristine Van Rumbekenin, Cerom Klintonun,  Meysaminin, Vatsonun, Kameron Krossun, Con Devid Yohannın və digərlərinin Nizami ilə bağlı çox maraqlı tədqiqatları vardır. Amma bu alimlərdə də Nizaminin, məsələn,  milli-etnik kimliyi ilə bağlı birmənalı fikir yoxdur. Mən onların bəziləri ilə əlaqə saxlayaraq, bizim görkəmli alimlərimizin tədqiqatlarıının bəzi hissələrini tərcümə edib onlara göndərdim. Oxsford Universitetinin Nizami irsi lə məşğul olan gənc bir magistrantı həmin əsərlərin ingilis dilində tərcümələrinin olmadığına təəssüfünü bildirdi. Nəyi demək istəyirəm, dil bilgisi təkcə bizə həmin mənbələrdən istifadə etmək üçün deyil, həm də öz elmimizi dünyaya yaymaq üçün vacibdir. Biz çox tez-tez “Biləcəridən o yana keçməyən elm, əsər, kitab” ifadəsini işlədirik, İnandırım sizi alimlərimiz beynəlxalq dillərdə yaza bilsələr, yaxud onların əsərləri vaxtında tərcümə edilib dünyaya çıxarılsa, onlar Qərbin  tanınmış alimlərini belə üstələyərlər.   
  • -Bildiyimizə görə, hazırda Azərbaycanda daha çox ingilis, alman, fransız, rus dillərinə diqqət yetirilir. Siz bir mütəxəssis kimi bu dillərdən hansına daha çox üstünlük verərdiniz? 
  • Mən hansısa bir dilin rolunu artırmaq, yaxud azaltmaq istəmirəm. Bu gün dünyada insanlar təxminən 6500 dildə danışırlar. Hər bir dil o dildə danışan xalq üçün əzizdir. Orası da var ki, dil vasitəsilə istənilən xalqın xarakterini, təfəkkür tərzini də öyrənmək mümkündür. Bununla bərabər, elmimizin təbliği üçün mən beynəlxalq statusa malik dillərdən istifadə etməyin daha səmərəli olduğunu düşünürəm. İngilis, alman, fransız, ispan, rus və s. dillərdən istifadə etməklə çox iş görmək olar. Amma mənə elə gəlir ki, ingilis dili bunların arasında fərqləndirilməlidir. Hal hazırda dünyanın118 ölkəsində ingilis dili əsas danışıq dili kimi qəbul olunmuşdur. 300 milyon insan isə ingilis dilini ana dili kimi bilir. O, çox yerdə tədris olunur, bütün dünyada siyasət və ya diplomatiya dili kimi istifadə olunur. Elmin, aviasiyanın, kompüterlərin, diplomatiyanın və turizmin dilidir. Nəhayət, o, beynəlxalq ünsiyyətin, medianın və internetin dilidir.Bizim ingilis dilində çap olunan hər hansı bir məqalə geniş rezonans doğurur. Mən niyə ingilis dilinə xüsusi üstünlük verirəm. Birincisi, qeyd etdiyim kimi, təkcə ingilis dili ilə bütün dünyanı gəzmək mümkündür. Digər tərəfdən, onu öyrənmək nisbətən asandır. Kifayət qədər səmərəli metodikalar var. Respublikamıza ingilis dilində elmi ədəbiyyat, məncə, daha çox gəlir, ingilis dilində çap olunmaq üçün geniş meydan var.   
  • Alimlərin xarici dil öyrənməsi üçün bu gün ölkəmizdə lazımı imkanlar varmı?
  • Var. İngilis dilinin tədrisinə bəzi yerlərdə hətta məktəbəqədərki təhsil müəssisələrindən başlanır. Doğrudur, formalaşmamış yeni nəsil üçün belə tədrislərin birtərəfli qaydada aparılmasını, yəni dövlət dilinə diqqət yetirilmədən keçirilməsini mən təqdir etmirəm. Çünki yuxarıda qeyd etdiyim kimi, dil insanın həm də xarakterini, təfəkkür və düşüncə tərzini formalaşdırır. Həmin uşaq məktəbəqədərki dövrdə milli dəyərlərə yadlaşır. Nə isə, bu, başqa bir problemdir.  Orta məktəblərin böyük əksəriyyətində ingilis dili keçilir. Son illərdə çox düzgün olaraq doktratura və aspirantura pilləsinə daxil olmaq üçün keçilən xarici dil imtahanları Dövlət İmtahan Mərkəzinə tapşırılmışdır. Məncə, bu tədqiqat aparmaq istəyənlərin məsuliyyətini bir qədər də artırmışdır. Özünüz təsəvvür edin, humanitar və yaxud dəqiq elmlər sahəsində tədqiqat aparmaq istəyən şəxs hər hansı bir beynəlxalq dil bilmədən necə tədqiat aparacaq. Nə yazacaq, hansı mənbədən istifadə edəcək? Dahi alman şairi Höte belə söyləmişdir: «Xarici dili bilməyən şəxs - öz dilini də bilmir». Buna görə də özünü və ətrafdakıları anlamaq üçün xarici dilləri öyrənmək lazımdır.
  • Siz gənclərdən danışdınız, bəs yaşlı nəsil nə etsin? Onlar üçün dil öyrənmək elə də asn deyil...
  • Ümumiyyətlə, dil öyrənmək hamı üçün çətindir, zəhmət və vaxt tələb edir. Hətta danışıq prosesində şifahi nitqi öyrənsəniz belə, onun elmi iş üçün təkmilləşdirilməsin ehtiyac vardır. Yaşlı nəslə gəldikdə, onların əksəriyyəti öz dövrləri üçün aktual olan rus dilini biliblər. Sovet cəmiyyətində yaşayan adamların dövlətin icazəsi olmadan xaricə çıxmaq (o zaman ancaq SSRİ ərazisindən kənar xaric hesab olunurdu), xarici mətbuatda çıxış etmək, yaxud xarici mənbələrdən istifadə etmələri ancaq xüsusi icazə ilə mümkün idi. Ona görə də milli respublikalrda ngilis, alman, fransız dillərini bilməyə bir o qədər ehtiyac yox idi. Bundan əlavə,əksər ədəbiyyat ideoloji senzuranın basqılarına məruz qalsa da, rus dilində lazımı ədəbiyyat var idi. Əsas mənbə rolunu SSR-də çap olunan ədəbiyyatlar oynayırdı. Amma yaxşı mütəxəssislərimiz olub. Bir faktı deyim, BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasının professoru olub Ələsgər Məmmədov. Bu adam faşist Almaniyası üzərində qurulan Nürenberq Məhkəməsində alman-rus dilləri üzrə tərcüməçi olmuşdu. Müharibədən sonra gəlib ərəb dilini öyrənmişdi, həmin dil üzrə o zamankı ittifaqda ən yaxşı mütəxəssislərdən sayılırdı. Allah rəhmət eləsin. Yəni demək istəyirəm ki, dil öyrənmək heç vaxt gec deyil.
  • Ümumiyyətlə, deyilənə görə, ingilis dilini sürətlə öyrənməyin yeni metodları yaradılıb. Belə metodlar varmı? 
  • Mən özün doktoranturaya qəbul olunanda İEALTS-dən imtahan vermişəm. Həmin imtahana bir ay yarıma hazırlaşmışam və yüksək bal toplamışam. İndi öz tələbələrimlə də həmin metodla məşğul oluram. Çoxlu yeni metodlar var. Mən həmin metodları burada bir-bir sadalamaq istəmirəm, amma bu məqsədlə hər bir adamın mobil telefonundan istifadəni, xarici səyahətləri qeyd etməyi lazım bilirəm.
  • Xarici dilə diqqətin artırılması ana dilini kölgədə qoymazmı?   
  • Əvvəla onu deyim ki, xarici dilin öyrənilməsi ana dilinin sıxışdırılması, unuduması hesabına olmamalıdır. Hər bir insan ilk öncə öz ana dilini mükəmməl biməlidir. Azərbaycan dilini öz axıcılığına, ifadəliliyinə, fikir tutumuna görə mən dünyanın ən zəngin dillərindən biri kimi dəyərləndirirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bunu digər görkəmli şəxslər də təsdiq edib. Vaxtilə Yuri Lermontov dostu Rayevskiyə yazırdı ki, “Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan dilini bilmək də bir o qədər əhəmiyyətlidir”.Tiflisdə Axundovun ev muzeyinin divarına rus yazıçısı, inqilabçı Aleksandr Bestujev-Marlinskinin təxminən Lermontovun fikirlərini təsdiq edən aşağıdakı cümləsi yer alıb: “Fransız dilini bilərək bütün Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dilini bilməklə bütün Qafqazı gəzmək olar”. Yəni dilimiz öz siqlətinə görə heç də digər dillərdən geri qalmır. Xüsusilə, bu gün ölkə Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbələrə imza atdığımız dövrdə, ölkəmizin siyasi, iqrtisadi çəkisinin yüksəldiyi bir vaxtda mədəniyyətimizin və dilimizin də arealı genişlənməkdədir... Bununla belə biz xarici dilləri də öyrənməliyik, bir xalqın elminin, mədəniyyətinin dünyaya çatdırılmasının yolu dildən keçir. Və biz bu məsələdə də dövlət başçımızdan nümunə götürməliyik. Cənab Prezident öz ana dilimizi mükəmməl bilməklə yanaşı, ingilis dilini, rus dilini də mükəmməl bilir, bütün polemikalrda dil məhdudiyyəti olmadan uğurla çıxış edir. Mənə elə gəlir ki, o, bu mənada bizim hər birimiz üçün nümunədir.
  • Güney İbrahimi   
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024