Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatı olub.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.
Əmrə əsasən, Dadaşov Anar Nadir oğlu qurumun maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.
O, əvvəllər Azərbaycan Mərkəzi Bankının (AMB) nağd pulun idarə edilməsi şöbəsinin rəisi postunda işləyib.
Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri vəzifəsi xeyli müddətdir boş idi. Şöbə müdirinin səlahiyyətlərini müavin Səbinə Mustafayeva icra edirdi.