Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 12:43)
Baş prokuror Kamran Əliyev Braziliyaya gedib

 Braziliyanın Belem şəhərində təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı - COP30 çərçivəsində "Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu" mövzusunda plenar iclas keçiriləcək.
Mediatv.az
xəbər verir ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib.
Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.
Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycan Baş Prokurorluğunun təşəbbüsü ilə Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiya təşkil olunmuşdu.
COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025