Sosial (Bu gün, 12:03)
Eks-deputat sabiq komitə sədrini gündəmə gətirdi - Qərib Məmmədovdan nə xəbər?

Modern.az-ın məlumatına görə, bu fikirləri sabiq deputat Etibar Əliyev sosial şəbəkədə ictimailəşdirib.
Etibar Əliyevin sözlərinə görə, Ramiz Mehdiyev AMEA prezidenti təyin olunduqdan sonra Qərib Məmmədovun yanında xəcalətli qalmayıb. 2020-ci ildə R.Mehdiyev AMEA-nın müxbir üzvü Əlövsət Quliyevi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edib və onun yerinə akademik Qərib Məmmədovu gətirib.
“Ramiz Mehdiyevlə Qərib Məmmədov AMEA-nın əməkdaşlarının bağ sahələrini əllərindən alıblar.
AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Ramiz əkə kasıb əməkdaşların bu sevincinə də son qoyub.
Onların bağ sahələrinin əllərindən alınması tapşırığını birbaşa Ramiz Mehdiyev verib. AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlı olublar. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədovun isə bu işdə xüsusi rolu olub.
Dövlət babaya xəyanət edənlərə ar olsun!”, - Etibar Əliyev qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025
21 10 2025