Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (29-08-2022, 19:56)
İcra hakimiyyətlərinin “pul siləni” olan “JEK”: - Yığılan vəsait də, büdcə də ciblərə axır

 Azərbaycanda “JEK”lərin fəaliyyəti tez-tez müzakirə olunur.

İllərdir Mənzil Məcəlləsində Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti ilə bağlı müddəa nəzərdə tutulmasa da, “JEK”lər əvvəlki qaydada fəaliyyət göstərir. Onların fəaliyyəti sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlərin yığılması ilə məhdudlaşır. Sakinlərdən aldıqları ödənişlərə görə arayış təqdim edən qurumun hansı əsaslarla işləməsi və həmin məbləğin hara xərclənməsi ilə bağlı sakinlərin sualları cavabsız qalır.

Bununla belə, Mənzil İstismar Sahələrinin (MİS) 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan “JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər. Modern.az-a daxil olan məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən “JEK” əməkdaşı illik ödənişin 10 manat artırıldığını bildirib. Bu azmış kimi artımın 2020-2021-ci illərə də şamil olunduğunu diqqətə çatdırıb və əvvəlki iki ilin ödənişini də tələb edib. “JEK” əməkdaşı artımın pandemiya zamanı edildiyini, amma bunun narahatlıq doğurmaması üçün insanlara açıqlanmadığını deyib. Buna rəğmən, əvvəlki iki ilin də artımının ödənilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, 2009-cu ildə Mənzil Məcəlləsində mənzil fondunun idarə edilməsinə dəyişiklik olub. Mənzil İstismar Sahələri prosesindən kənarlaşdırılıb. Eyni zamanda, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişiklik edilib. Yəni həmin tarixdən etibarən mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.

Belə olduqda, heç bir hüquqi əsas olmadan fəaliyyət göstərən qurum sakinlərdən necə pul tələb edir? Qurumun aldığı pullar hara xərclənir? Dia.az xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, “JEK”ləri əvəz edən daha mütərəqqi model formalaşmayıb:

“Əslində, “JEK”lərin ləğvi ilə bağlı mövzu ortaya qoyulub. Amma ikinci bir məsələ var, bunun üçün Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) formalaşmalıdır. Beləliklə də mərhələli şəkildə “JEK”lərin funksiyasını məhz Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri yerinə yetirməlidir. Təəssüf ki, bu proses ləngiyir, indiyə qədər Ədliyyə Nazirliyinin verdiyi məlumata görə, cəmi 100-ə qədər MMMC formalaşıb. Ona görə də bu gün “JEK”lər həmin boşluğu doldurur. Yəni hökumətin balansında olan köhnə binaların təmir edilməsi, daxili çatışmazlıqların qorunması, fasadların, liftlərin təmiri və bu kimi işlərlə məşğuldur. Bunun qarşılığında da müəyyən ödəniş alınır. İnsanlar bu qurumun fəaliyyətindən razı deyil. Eyni zamanda, qurum tərəfindən alınan yığımlar da daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün uyğun deyil. Sanki burada bir etibarsızlıq formalaşıb, insanlar quruma pul ödəmək istəmirlər, qurumlar da yığdığı pul qarşılığında normal xidmət göstərə bilmirlər”.

İqtisadçı hesab edir ki, “JEK”lər, əsasən, dövlət vəsaitlərinin “silinməsi” prosesində müəyyən mənada icra hakimiyyətlərinə kömək edirlər:

“Bu sahədə korrupsiya geniş yayılıb. İcra hakimiyyətindən mal və materiallar alınır, balanslarında olan əmlakın təmiri üçün həmin “JEK”lərə yazılır. Sadəcə, kağızlar və rəqəmlər üzərində proses gedir”.

Ekspert tariflərin artırılmasını sözügedən qurumların özbaşına addımı kimi qiymətləndirib:

“Tariflərin artması ilə bağlı faktiki olaraq qərar qəbul olunmayıb. Bunun tətbiq edilməsi qeyri-ciddi, özbaşına davranışdır. Tariflərin artırılması ilə bağlı qərar olmalı, bu qərarın qüvvəyə mindiyi tarix göstərilməlidir. Tariflər keçmişə doğru artırıla bilməz. Buna görə də vətəndaşlar da ayıq-sayıq olmalıdırlar. Çünki “JEK”lər qeyri-qanuni yığıma və yığımı mınimsəməyə alışıblar”.

Mənzil İstismar Sahələrinin tələb etdiyi pulu elektron qaydada ödəməyin mümkün olmadığına gəlincə, Rəşad Həsənov bu istiqamətdə vəziyyətin biabırçı olduğunu vurğulayıb:

“İnstitutlaşmanın özünün hüquqi əsasları zəifdir. Yəni bir tərəfdən ləğv olunub, digər tərəfdən onun əvəzediciləri formalaşmayıb deyə, burada qeyri-peşəkar idarəetmə, tənzimləmə və nəzarət mexanizmi var. Ona görə də bu qurumlar yığımları illeqal formada həyata keçirir və bu da şərait yaradır ki, vətəndaşlar öz ödənişləri haqqında narahat olsunlar və onlardan imtina etsinlər. Bu proses də uzun müddətdir müzakirə olunur. Buna baxmayaraq, hökumət bu istiqamətdə konkret mövqe ortaya qoymayıb”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024