Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-09-2016, 09:06)
24 saylı “JEK”in müdiri pulla “baş kəsir”

 

Ölkə prezidentinin qərarlarına hörmətsizlik edən Zaur Nəsirov aldığı rüşvət hesabına qanunsuz tikililərin inşasına icazə verir 

Uzun illərdir ki, Bakı şəhərində və paytaxtətrafı ərazilərdə qanunsuz tikililərin inşası geniş vüsət almaqdadır. Ən dəhşətlisi də budur ki, qeyri-qanuni tikililərin inşasında həmişə məmur marağı üstünlük təşkil edir. Çünki sözügedən obyektlərin inşasından bəzi məmurlar minlərlə, milyonlarla manat pul qazanırlar. Başqa sözlə, keçəl halva yeyər, puluna minnət. Pulunu ver, “day-dayı” məmur tap, istədiyin formada qanunsuz tikilini inşa et. Belə məmurlardan biri də 24 saylı Mənzil Kommunal İstismarı Sahəsinin (MKİS) rəisi Nəsirov Zaur Arif oğludur. Redaksiyamızın apardığı araşdırmalara görə, həmin “JEK”in müdiri müəyyən şəxslərdən xeyli məbləğdə rüşvət alaraq “Birinci Alatava” deyilən ərazidə qanunsuz tikililərin inşasına icazə verib. Əldə etdiyimiz məlumata görə, Zaur Nəsirov adını çəkmək istəmədiyimiz bir vətəndaşdan 5 min manat rüşvət alaraq qeyri-qaunin titkinti işlərinin aparılmasına göz yumub. 

Oxucularımıza təqdim etdiyimiz şəkillər də bunun əyani sübutudur. 

Ən dəhşətli məqam da odur ki, “Bakının Baş planı”na əsasən, yenidənqurma, tikint-quraşdırma və abadlaşdırma üzrə aparılac ərazi kimi “Birinci Alatava”nın adı da siyahıya düşüb. Ancaq “JEK” müdiri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və digər aidiyyəti dövlət orqanlarının rəhbərlərinin qərarlarına, sərəncamlarına, göstərişlərinə və tapşırıqlarına məhəl qoymur. 

Bunun Yasamal rayon İcra Hakimiyyətinin mövqeyi də bir daha sübut edir. Çünki sözügedən qanun pozuntularına aydınlıq gətirmək üçün Yasamal RİH başçısının birinci müavini Səməd müəllim də saytımıza açıqlamasında Zaur Nəsirovun qeyri-qanuni əməllərindən xəbərsiz olduğunu və “Birinci Alatava”da qanunsuz tikililərin inşası barədə eşitmədiyini bildirib. Səməd müəllim onu da əlavə edib ki, bu cür qanun pozuntularına yol vermək vəzifə səlahiyyətlərindən sui-istifadə etmək deməkdir və “JEK” müdiri səlahiyyətlərini aşıb. 

Bizim gəldiyimiz qənatə də budur ki, bütün bunlar da onu göstərir ki, yüksək vəzifəli şəxslərə güvənən Zaur Nəsirov isə öz qanunsuz əməllərini və özbaşınalıqlarını davam etdirməkdədir. Bəzi məlumatlara görə, “JEK” müdirinin həmçinin müəyyən yollarla dövlət büdcəsindən ayrılmış maliyyə vəsaitlərinin 80 min manata yaxınını özününküləşdirməyə çalışır. Növbəti yazılarımızda Zaur Nəsirovun digər qanunsuz əməlləri barədə ətraflı məlumat verəcəyik. 

Bizi izləməyi unutmayın!
Seyidoğlu

24 saylı “JEK”in müdiri pulla “baş kəsir”
24 saylı “JEK”in müdiri pulla “baş kəsir”
24 saylı “JEK”in müdiri pulla “baş kəsir”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024