Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (27-08-2022, 14:37)
Cahangir Əsgərovu GÖYDƏN YERƏ ENDİRƏ BİLMİRİK..

 Azərbaycan koronavirus pandemiyası səbəbindən 2 ildən çoxdur quru sərhədlərini bağlayıb. Ölkəyə giriş-çıxış edənlər isə məcbur hava yollarından istifadə edirlər. “Azərbaycan Hava Yolları”nda (AZAL) aviabiletlər müqayisədə hədsiz bahadır. Yəni bu qiymətlər vətəndaşların cibinə uyğun deyil. Artıq sentyabr ayına az qalıb. Minlərlə xaricdə təhsil alan tələbə məcburən hava nəqliyyatından istifadə edəcək. AZAL isə qiymətləri günü-gündən artırır. Məsələn, Bakı-İstanbul reysinə bilet 1322 manata təklif olunur. AZAL-ın inhisarçılıqla məşğul olduğunu deyən iqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, biletlərin baha olması əhali ilə yanaşı turizmin inkişafına da təsir edir: “Ölkədəki digər aviaşirkətlər də uçuşları AZAL-la sövdələşmiş şəkildə həyata keçirir. Digər tərəfdən Azərbaycanda lokosterlər yoxdur. "Buta" şirkətindəki qiymətlər isə digərlərindən fərqlənmir. Buna iqtisadi münasibətlərdə birinci dərəcəli qiymət diskriminasiyası deyilir. Onlar bilirlər ki, digər alternativ yollar qapalıdır. Xaricə gediş isə labüddür və buna ehtiyac var. Ona görə də inhisarçılıq edərək qiymətləri qaldırırlar. Ölkədən kənara gedənlər də məcburən bu qiymətə uçuş edirlər. Ölkə rəhbərliyinin təşəbbüsü ilə İnvestisiya Holdinqi yaradıldı. Bu holdinq qiymətlərin elastikliyinə və sağlam rəqabət mühitinə nəzarət üçün yaradılmışdı. Təəssüf ki, bu da AZAL-a heç bir dəyişiklik gətirmədi. Əksinə, sabotajları daha da artdı. Qiymətin bahalığı ölkəyə gələn turistlərin də sayını azaldaraq turizmə ciddi ziyan vurdu”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024