Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-08-2022, 23:12)
Cəlilabadda şəhid İlqarın adına küçə verildi

 


Cəlilabadın mərkəzi küçələrindən birinə baş leytenant, şəhid İlqar Zeynalovun adı verilib.
Mediatv.az xəbər verir ki, avqustun 26-da - İlqar Zeynalovun doğum günündə bununla bağlı tədbir keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, rayon rəsmiləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqətdən danışıb, şəhid baş leytenant İlqar Zeynalovun döyüş yolundan, Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs ediblər.
Şəhidin atası Natiq Zeynalov təşəbbüskarlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib, İlqar Zeynalovun vətənə, millətə olan sevgisindən danışıb.
Daha sonra Zopun kəndində şəhidin məzarı ziyarət olunub.
Qeyd edək ki, İlqar Zeynalov 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
  шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024