Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (26-08-2022, 13:13)
Misir Mərdanovdan BDU ilə bağlı açıqlama

 Sabiq təhsil naziri Misir Mərdanov Bakı Dövlət Universitetindən xaric edilməsi ilə bağlı səslənən iddialara münasibət bildirib.

Mediatv.az xəbər verir ki, M.Mərdanov Pravda.az-a açıqlamasında əmək müqaviləsinin vaxtının bitdiyini deyib: “Hər il bu proses olur. Kim əvəzçiliklə müəllim işləyirsə, onunla 1 illik əmək müqaviləsi bağlanır, ilin sonunda həmin müqavilə pozulur. Növbəti ildə ehtiyac varsa, yenidən müqavilə bağlanır. Burada senssasiyalı heç bir şey yoxdur. Mətbuatda sensassiya yaratdılar. Tam rahat idim. Əminəm ki, bu, hər il olan bir şeydir. Təbii prosesdir, qanunauyğundur. Təəccüblənməyə və həyəcan keçirməyə əsas yoxdur”.

Sabiq nazir növbəti tədris ilində Bakı Dövlət Universiteti ilə yeni əmək müqaviləsi imzalayıb-imzalamayacağı barədə suala isə belə cavab verib: “Yəqin ki, bu, BDU-nun rəhbərliyinin işi olacaq. Ehtiyac duyursa… Adətən hər il sentyabrda yenidən universitetə dəvət olunuram. Yeni müqavilə hazırlanır. Bunu təbii hesab edirəm, qanuna zidd bir şey görmürəm”.шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024