Sosial (22-08-2022, 15:03)
Binəqədidə yol bərbad vəziyyətdədir - FOTO
Binəqədi rayon sakinləri ərazidəki bərbad halda olan yolun düzəldilməməsindən narazıdırlar.Bu barədə Oxu.Az-a orada yaşayan vətəndaşlar bildiriblər.
Qeyd olunub ki, rayonun Binəqədi qəsəbəsi Ağamirək İsfahani küçəsi, döngə 3-də yol bərbad vəziyyətdədir:
“Bu barədə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etsək də bizə cavab verməyiblər”.
Sakinlərin müraciəti ilə bağlı Binəqədi RİH ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələnin həll edilməsi məqsədilə RİH tərəfindən aidiyyəti quruma rəsmi müraciət edilib:
“Məlumat üçün qeyd edək ki, qəsəbəyə asfalt örtüyünün çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş tədbirlər proqramına əlavə edilib. Tədbirlər Planına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
İri investor «Finoko» BOKT-dan pulunu tələb edir - əmlakı və lizinqdəki avtomobillərinə HƏBS QOYULDU
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025


























